Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsinin ilkin göstəriciləri (bunu hələ parlament və dövlət başçısı təsdiq etməlidir – FED.az) açıqlanıb.
Gələn il büdcədə neftin qiyməti məlum oldu – HÖKUMƏTƏN EHTİYATLI ADDIM
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2025-ci ildə dövlət büdcəsinin xərcləri 39 milyard 668 milyon manat təşkil edəcək. Bu 2024-cü ilin dürüstləşdirilmiş büdcəsindən 75 milyon manat və ya 0,2% azdır.
Hökumətin 2025-2028-ci illərdə - DOLLARIN MƏZƏNNƏSİ ÜZRƏ – PLANI AÇIQLANDI
2025-ci ildə bəzi sahələrə ayrılan xərclər kəskin azalacaq, bəzi sahələrdə isə ənənəvi olaraq artım baş verəcək.
İqtisadi fəaliyyət xərcləri – 8 milyard 455 milyon manat nəzərdə tutulub. 2024-cü illə müqayisədə iqtisadi fəaliyyət xərclər 1 milyard 448 milyon manat və ya 15% azaldılıb. 2024-ci ildə bu məqsədlə 9 milyard 903 milyon manat nəzərdə tutulmuşdu.
Gələn il vergi və gömrük planı - BİR QƏDƏR DƏ ARTACAQ – RƏQƏMLƏR AÇIQLANDI
Ümumi dövlət xidmətləri üzrə xərclərinə 5 milyard 241,3 milyon manat ayrılacaq. 2024-cü illə müqayisədə bu xərc maddəsində 698 milyon manat və ya 15% artım var. Xatırladaq ki, 2024-cü ildə ümumi dövlət xidmətləri üzrə xərclər 4 milyard 543 milyon manat nəzərdə tutulmuşdu.
2025-ci ilin dövlət büdcəsi rəqəmləri açıqlandı – İLK DƏFƏ OLARAQ XƏRCLƏR AZALDI
Müdafiə və milli təhlükəsizlik üzrə xərclər azaldılır. 2025-ci ildə bu məqsədlə büdcədən 6 milyard 658 milyon manat ayrılması nəzərdə tutulur. Bu 2024-cü illə müqayisədə 468 milyon manat və ya 6,6% azdır. Xatırladaq ki, 2024-cü ildə müdafiə və milli təhlükəsizlik xərcləri 7 milyard 126,3 milyon manat nəzərdə tutulmuşdu.
Təhsil xərcləri artırılır – 2025-ci ildə bu istiqamətdə 4 milyard 946 milyon manat ayrılacaq. Bu 2024-cü illə müqayisədə 396 milyon manat və ya 8,7% artıqdır. Xatırladaq ki, 2024-cü ildə təhsil üçün büdcədə 4 milyard 550 milyon manat nəzərdə tutulmuşdu.
Səhiyyə xərcləri də artırılır. Büdcə layihəsinə əsasən 2025-də səhiyyəyə 1 milyard 997 milyon manat ayrılacaq. Bu 2024-cü ildən 131 milyon manat və ya təqribən 7% artıqdır. 2024-cü ildə bu məqsədlə 1 milyard 866 milyon manat ayrılmışdı.
Sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 998 milyon manat ayrılacaq. Bu 2024-cü illə müqayisədə 607 milyon manat və ya 13,8% artıqdır. Xatırladaq ki, 2024-cü ildə bu istiqamət üçün 4 milyard 391 milyon manat ayrılmışdı.
Məhkəmə hakimiyyəti, hüquqmühafizə və prokurorluq üzrə xərclər yenə artırılıb – 2025-ci ildə bu sahədə 3 milyard 208 milyon manat sərf ediləcək. Bu 2024-dən 118 milyon manat və ya 3,8% artıqdır.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər sahələrə 635 milyon manat ayrılacaq, bu 2024-cü illə müqayisədə 59 milyon manat və ya təqribən 10% artıqdır. 2024-cü ildə bu sahənin xərcləri 576 milyon manat olub.
2025-ci ildə ətraf mühitin mühafizəsi üzrə xərclərə 418 milyon manat və ya 2024-cü illə müqayisədə 41 milyon manat və ya 11% artıqdır. Bu il həmin məqsədlərə 377 milyon manat ayrılıb.
Gələn il dövlət büdcəsindən kənd təsərrüfatı üzrə xərclərə 1 milyard 172 milyon manat ayrılacaq. Bu 2024-cü illə müqayisədə 30 milyon manat azdır. 2024-cü aqrar sahəyə 1 milyard 203 milyon manat nəzərdə tutulub.
2025-ci ildə mənzil və kommunal təsərrüfatı üzrə xərcləri demək olar dəyişməyib – 366 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər isə 180 milyon manat azalaraq 1 milyard 573 milyon manata düşüb.