Azərbaycanda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına nəzərən məzənnəsi ilə bağlı hökumətin gözləntisi açıqlanıb.
Gələn il vergi və gömrük planı - BİR QƏDƏR DƏ ARTACAQ – RƏQƏMLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, Maliyyə Nazirliyinin bir qədər əvvəl açıqladığı 2025-ci il üzrə iqtisadi proqnozlara istinadən xəbər verir ki, məzənnənin qarşıdakı 4 il ərzində də dəyişməyəcəyi gözlənilir.
Hər halda açıqlamada bildirilir ki, «İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025- 2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülmüşdür».
Cəri ilin səviyyəsi dedikdə 1 ABŞ dollarının böyük ehtimalla 1,7 manata bərabər olması nəzərdə tutulur. Belə ki, 2024-cü ilin ilk 9 ayında məzənnə bu səviyyədədir.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, əvvəlki illər üzrə açıqlanan proqnozlarda dolların məzənnəsi dəqiq şəkildə 1,7 manat olaraq göstərilirdi. Budəfəki proqnozlarda isə bu rəqəm yoxdur.