2025-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 42,3 faizini və ya 15 milyard 500 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 230 milyon manat və ya 1,5 faiz çoxdur.
2025-ci ilin dövlət büdcəsi rəqəmləri açıqlandı – İLK DƏFƏ OLARAQ XƏRCLƏR AZALDI
Bu barədə FED.az Maliyyə Nazirliyinin açıqladığı 2025-ci il üzrə dövlət büdcəsinin ilkin göstəriciləri əsasında məlumat verir.
2025-ci ildə dövlət büdcəsi gəlirlərinin 12 milyard 781 milyon manatı və ya 34,9 faizi Dövlət Neft Fondundan transfertin payına düşəcək. 2024-cü illə müqayisədə 2025-ci ildə Neft Fondundan büdcəyə ayrılan vəsait dəyişməyib – bu il də həmin rəqəm 12 781 mmilyon manat nəzərdə tutulub.
2025-ci ildə büdcə gəlirlərinin 6 milyard 600 milyon manatı və ya 18,0 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək. 2024-cü illə müqayisədə Gömrük Komitəsinin büdcə qarşısında planı 200 milyon manat və ya 3,1% artırılıb.
Büdcənin 840 milyon manatını və ya 2,3 faizini büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları təşkil edəcək. Daha 895,0 milyon manatı və ya 2,4 faiz isə sair gəlirlərin payına düşür.