Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsinin ilkin göstəriciləri (bunu hələ parlament və dövlət başçısı təsdiq etməlidir – FED.az) açıqlanıb.
Hökumətin 2025-2028-ci illərdə - DOLLARIN MƏZƏNNƏSİ ÜZRƏ – PLANI AÇIQLANDI
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 70 dollardan götürülüb.
Gələn il vergi və gömrük planı - BİR QƏDƏR DƏ ARTACAQ – RƏQƏMLƏR AÇIQLANDI
Nazirliyin açıqlamasında bildirilir ki, 2025-ci ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.
Xatırladaq ki, 2024-cü ildə büdcədə neftin qiyməti əvvəlcə 60 dollar götürülsə də, sonradan büdcəyə edilən dəyişikliklər çərçivəsində bu qiymət 75 dollar qaldırıldı.
2025-ci ilin dövlət büdcəsi rəqəmləri açıqlandı – İLK DƏFƏ OLARAQ XƏRCLƏR AZALDI
Həmin vaxt (may ayında) bu qiymət təhlükəsiz görünsə də, son həftələr dünya bazarında neftin qiyməti kəskin azalıb və 75-76 dollara enib. Hətta bir neçə gün əvvəl Azərbaycan neftinin qiyməti 73 dollara, yəni büdcədəki həddən də aşağı düşüb.
Görünür, bunu nəzərə alan hökumət nisbətən ehtiyatlı davranaraq neftin qiymətini 70 dollardan nəzərdə tutub.