Prezident İlham Əliye avqustun 25-də Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncama əsasən Bakının Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən Ələt azad iqtisadi zonasına daha 60 hektar ayrılıb. İndiyədək dövlət mülkiyyətinə aid torpaq sahəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilib.
Ələt Azad Zonasının rəhbəri: «AİZ-də İnvestorlara bütün şərait yaradılacaq, əks halda onlar gəlməz» - MÜSAHİBƏ
Sərəncamda İqtisadiyyat Nazirliyinə və Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Prezident Ələt İqtisadi Zonası barədə - FƏRMAN İMZALADI – ZONA NECƏ İŞLƏYƏCƏK? – SON VƏZİYYƏT
Qeyd edək ki, ümumilikdə Ələt Azad İqtisadi Zonası üçün 850 hektar nəzərdə tutulub. Amma hələlik bu torpaqlar quruma hissə hissə ayrılır, İlk mərkəhələdə ayrılan 60 hektarda tikniti işləri aparılır və ilkin infrastruktur tamamlanmaq üzrədir.
Gürcüstan Azad Sənaye Zonası: «Azərbaycandan olan sahibkarlar da bizə pul yatırırlar» - MÜSAHİBƏ
Ərazi məsəkunlaşdıqca, yeni hissələr də ayrılacaq. Qeyd edək kİ, Ələt AİZ-in Gürcüstandakı analoqu, Çin investorlarının Kutaisi yaxınlığında yaratdıqları Hualinq AİZ-in sahəsi cəmi 36 hektardır.