Ötən həftə Azərbaycanın biznes həyatında Gürcüstan və Azərbaycan iş adamları arasında biznes forumla yadda qaldı.
Müxtəlif sahələri təmsil edən gürcü qonaqlar işgüzar təklifləri ilə yanaşı, yerli sahibkarlara Gürcüstanın yeni «biznes kartını» – Kutaisidəki Xualinq Azad Sənaye Zonasını da təqdim etdilər.
Azərbaycanın Ələtdə bu il işə salmağa çalışdığı Azad İqtisadi Zonanın analoqu Gürcüstanın Kutaisi şəhərində 2016-cı ildən fəaliyyətə başlayıb. Xualinq Azad Sənaye Zonası son illər sürətlə Gürcüstana axışan Çin investorlarının layihəsidir.
«Hualing Group» Gürcüstanda seçilən xarici investorlardan biridir. Çinli özəl investorların qrupu olan şirkət indiyədək Gürcüstanda müxtəlif layihələrə 600 milyon dollar yatırıb. Qrupun portfelində 8 iri və kiçik layihələr var. Qrupun 2015-ci ildən başladığı növbəti layihə - Kutaisidəki azad ticarət zonasının ümumi sahəsi 36 hektardır, əlavə 35 hektar isə personal, ofis, otel, yataqxana, sərgi zalı və başqa məqsədlər üçsün istifadə edilir. Nisbətən kiçik olsa da, yerləşməsi olduqca əlverişlidir. Keçmiş kutaisi avtomobil zavodunun ərazisində yerləşən zonadan Kutaisi aeroportuna 19 km, Poti limanına isə cəmi 95 kilometr məsafə var.
Zonanın sahibi olan Çinli investorlar və Gürcüstan hökumətinin nümaynədələri «Hualing FIZ»i Qara və Xəzər dənizləri arasındakı regionun sənaye mərkəzi hesab edirlər və müəyyən manada haqlıdırlar.
Burada işə başlama və fəaliyyət şərtləri olduqca liberaldır – biznesə başlamaq üçün fiziki şəxslərə pasprortun surətini təqdim etmək kifayətdir, şirkətlər isə onların təsisçiləri olmadan da, məsafədən qeydə alına bilər.
Burada sahibkarlara açıq torpaq sahələri və tikililər təqdim edilir, onlardan anbar, emal və istehsal üçün istifadə etmək mümkündür. Bütün infrastruktur işləri - yol, su, qaz, enerji və sair görülüb.
«Kutaisidən başqa qrupun Tbilisi də 45 hektarlıq azad ticarət sahəsi var və burada kommersya inkişaf edir. Zrnada tikinti və otellər industriyası, kommersiya bankı var»-deyə gürcüstanlı qonaqlar zonanın imkanlarını Azərbaycan sahibkarlarına açıqlayırdılar.
«Hualing FIZ»in təcrübəsi və Azərbaycan sahibkarlarının bu zonaya marağı barədə əlavə məlumatları FED.az-a müsahibəsində Zonanın icraçı direktoru Soso Nibladze açıqlayıb.
- Cənab Nibladze, «Hualing Sənaye Zonası» haqqında kifayət qədər çox yazılıb, çıxışlardan belə məlum oldu ki, bu zona təkcə Kutaisidə deyil.
- Büzim ümiyyətlə 4 azad sənaye zonamız var, Kutaisidən başqa və Tbilisi, Potidə də azad sənaye zonaları mövcuddur.
- Zona 2016-cı ildən fəaliyyətə başlayıb, o vaxtdan indiyədək bura neçə şirkət və ya investorp maraq göstərib, nə qədər vəsait yatırılıb?
- İndiyədək «Hualing Free Zone»ya 150 şirkət cəlb edilib, onlar təkcə regional deyil, beynəlxalq biznes əməliyyatlarla məşğuldurlar. Buraya 70 milyon dollardan artıq vəsait yatırılıb, onun hesabına təqribən 1000 yeni iş yeri açılıb.
- Bu sizin gözlədiyiniz rəqəmdir, yoxsa daha çox və ya az gözləyirdiniz?
- Prinsipcə biz, necə deyərlər, elə belə də gözləyirdik – nəzərə alsaq ki, həm Gürcüstan, həm də region ölkələri ümumiyytlə hamı, Covid-dən əziyət çəkdik, indi isə Rusiya ilə Ukrayna arasındakı müharibə də bizim işimizə təsirini göstərdi.
- Bu müharibə Gürcüstandakı biznes proseslərinə necə təsir edir?
- Əlbəttə, bu müharibə həm regional əməkadaşlığa, həm də biznes proseslərinə təsirini göstərir. Ona görə də investorlar o qədər də aktiv olmamağa çalışır, prosesin necə başa çatacağını gözləyirlər. Təbii ki, biz bir regionuq – Azərbaycan, Gürcüstan – Qara dəniz və Xəzər dənizi, amma uzaqdan gələn investorlar, məsələn amerikalılar və ya Cənubi-Şərqi Asiyadan olanlar bizə və regiondakı bu məsələlərə qlobal baxırlar. Ona göorə də onlar bu saat o qədər də aktiv olmağa çalışırlar. Ümid edirik ki, bütün bunlar başa çatandan və həll ediləndən sonra biznes inkişaf edəcək.
- Ümumiyyətlə, bu zonada əsasən hansı ölkələrin investorları daha aktivdir?
- Avropa və Çin şirkətləri daha fəaldırlar və yatırımlar edirlər.
- Azad sənaye zonasında əsasən hansı layihələrə pul yatırıır?
- Məsələn, seçilən layihələrdən və investorlardan biri ultra müasir günəş paenelləri proqramıdır - alman investisiyaı ilə qurulub və 12 min kvadratmetr sahədə yerləşir. Bu layihəyə 20 milyon dollardan artıq investisiya yatırılıb, istehsal olunan məhsul isə ABŞ və Avropa bazarlarına ixrac edilir.
Burada mebel, ağac məmulatları, inşaat materialları, əczaçılıq spirti və başqa məhsullar istehsal olunur.
Hazırda bir neçə layihələrimiz var ki, icradadır. Yaxın vaxtlarda işə salınacaq mühüm layihərə isə kağız məhsullar zavodu və tekstil istehsalını göstərə bilərm, gələn ildən başlayacaq.
- Bəs Azərbaycandan olan sahibkarlar bu sənaye zonasına maraq göstərirlərmi?
- Azərbaycanlı iş admları, sahibkarları bizim layihədə fəal iştirak edirlər. Onlar şirkət qeydiyyatdan keçirirlər, o cümlədən ticarət və istehsal şirkətləri qeydiyyatdan keçirirlər, fərqli layihələr reallaşdırırlar. Biz müxtəlif Azərbaycan şirkətləri ilə çoxdan əməkdaşlıq edirik. Və fikirləşirəm ki, bizim azad sənaye zonası üzərindən əməkdaşlıq üçün potensial daha böyükdür.
- İndiyədək nə qədər Azərbaycan şirkəti burada işləməyə başlayıb və onlar nə qədər yatırım ediblər?
- İnvestisiyanın dəqiq məbləğini deməyə çətinlik çəkərəm, amma artıq 10-a yaxın Azərbaycan şirkəti bizim zonada işləyir.
- Azad Sənaye zonası üçün 36 hektar ərazi nə qədər kifayət edir? Siz çoxsaylı şirkətlərdən danışırsınız
- Əslində bu ilin oktyabr-noyabrında yenidən genişlənirik və əlavə olaraq torpaq sahəsi ayrılacaq və ümumi sahə 50 hektar olacaq. Binaların sahəsi 50 min kvadratmetr artacaq.
- Sizin sənaye zonasında 1 hektar torpaq sahəsinin və ya tikintinin icarə haqqı neçəyə başa gəlir?
- Bu müxtəlif amillərdən asılı olaraq fərqlənir, məsələn, layihədən, icarə müddətindən və sair biz ümumiyyətlə çalışırıq aşağı tariflər tətbiq edirik ki, şirkətlər öz layihələrinə minimum xərclərlə başlaya bilsinlər və başqa səviyyəyə keçsinlər. Yəni kommersiya – qazanc səviyyəsinə keçib daha sonra ödənişə başlasınlar.
- Yəni şirkət qazanc əldə etməyənə qədər ödəniş etmir?
- Bizdə belə proqramlar var. Müxtəlif vaxtlarda tətbiq edilir. Çoxlu sayda xüsusi təşviqlər, layihələr tətbiq edilir. Bizim üçün ən əsası şirktlər üçün onların layihələrinə başlanması və komfortlu şərait yaratmaqdır.
- Siz Bakıda Hualinq və Ələd Azad Zonaları arasında sənəd imzaladınız.
- Bəli, Ələt Azad İqtisadi Zonası da aktiv işləməyə başlayıb. Və biz birlikdə bu regiondakı azad iqtisadi zonaları investorlara təqdim edəcəyik.
- Hualinq və Ələt azad iqtisadi zonaları bir-birinə rəqib deyil ki? Çünki eyni regionda, yaxın ərazidə yerləşirlər, ikisi də investorları və yatırımları cəlb etmək istəyir.
- Xeyr, biz qətiyyən rəqib deyilik. Ondan başlayaq ki, Ələt Azad İqtisadi Zonasının sahəsi 800 hektardır, bu nəhəng hab və böyük mərkəzdir. Bizim isə 36 hektar ərazimiz var. Digər tərəfdən bu bizim üçün də şansdır ki, Qafqaza birlikdə invevstiiya cəlb edək.
- Ola bilərmi ki, Hualinq Ələt Azad İqtisadi zonasının bir hissəsini icarəyə götürsün?
- Belə deyək, biz bir-birimizə öz potensial müştərilərimizi təklif edə bilərik. Yəni hansısa investor bizə uyğun gəlmirsə, biz ona digər zonanı təklif edə bilərik, necə deyərlər transfer edərik. Yəni biz Ələtə, Ələt də bizə investor yönəldə bilər.