2024-cü ildə fərdi yaşayış evləri bazarı dalğalı dinamika nümayiş etdirib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə ABB-nin "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" araşdırmasına istinadən xəbər verir.
İlin əvvəlində qiymətlər –10,8% eniş göstərsə də, ilin ikinci yarısında bərpa olunaraq, 286 min manatsəviyyəsində tamamlanıb.
Ümumilikdə, 2024-cü il alıcı davranışının qeyri-sabit olduğu, lakin bazarın artım potensialını qoruduğu keçid dövrü kimi xarakterizə olunub. 2025-ci ildə qiymətlər daha yüksək səviyyədə stabilləşib. 2025-ci ilin I rübündə orta qiymət 313 min manat olub ki, bu da 2024-cü ilin IV rübü ilə müqayisədə +9,4% artım deməkdir.
II və III rüblərdə qiymətlər cüzi dəyişərək 310–312 min manat aralığında qalıb. Bu, bazarın yüksək baza səviyyəsində balanslaşdığını göstərir. 2025-ci ildə volatillik azalmış, sabitlik artıb.
Rüblük dəyişmələr ±1% daxilindədir ki, bu da fərdi evlər bazarında tələbin daha proqnozlaşdırıla bilən mərhələyə keçdiyini göstərir. Torpaq və tikinti xərclərinin yüksəlməsi, qiymətlərin aşağı düşməsini məhdudlaşdırır.
Fərdi yaşayış evlərinin dəyərində torpaq sahəsinin payı artıb.
Fərdi yaşayış evi – Torpaq sahəsi və üzərindəki tikililərdən ibarətdir. Fərdi yaşayış evinin dəyəri torpaq sahəsinin və üzərindəki tikilinin dəyərindən formalaşır. Aşağıdakı qrafiklərdə fərdi yaşayış evlərinin dəyəri və dəyərdə torpaq sahəsi və tikilinin xüsusi çəkisi təsvir edilib.
Qiymətin əsas hissəsini torpaq sahəsi formalaşdırır və bu pay 2025-ci ildə daha da artıb. Bu, tikinti xərclərinin artsa belə, bazarda qiyməti əsasən yerin yerləşməsi və torpaq təklifinin müəyyən etdiyini göstərir.












