Mənzillərdə orta yaşayış sahəsi kəskin şəkildə azalıb və son illərdə stabilləşib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə ABB-nin "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" araşdırmasına istinadən xəbər verir.
2021-ci ildə orta mənzil sahəsi 118 m² olduğu halda, 2022-ci ildə azalaraq 84 m²-ə düşüb və 2023–2024-cü illərdə bu səviyyədə sabit qalıb.
2025-ci ildə cüzi artımla 87 m² qeydə alınıb ki, bu da bazarın daha kompakt və əlçatan mənzillərə uyğunlaşdığını göstərir.
Fərdi yaşayış evlərində isə sahə azalması daha mülayim olub və sonradan bərpa mərhələsinə keçib.
.2025-ci ilin il 3 rübü ərzində fərdi yaşayış evləri üçün orta sahə 210 m² -ə çatıb.










