Elektron ticarətdə hesablaşma müddətləri müstəqil tənzimlənməlidir.
FED.az xəbər verir ki, bu fikirləri Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev “Baku Fintech Forum 2025” çərçivəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda ölkə daxilində ödəniş kartları ilə aparılan nağdsız ödəniş dövriyyəsinin 87%-i məhz elektron ticarətin payına düşür. Elektron ticarətin davamlı inkişafı üçün isə ödəniş əməliyyatlarında hesablaşma müddətlərinin tərəflər arasında müstəqil şəkildə tənzimlənməsi zəruridir. Bu, xüsusilə kiçik və orta sahibkarların elektron ticarətə cəlb edilməsinə və maliyyə xərclərinə qənaət edilməsinə müsbət təsir göstərəcək.