Mərkəzi Bank tərəfindən «Modenis» MMC-nin ödəniş təşkilatı lisenziyası ləğv edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
«Mərkəzi Bankın İdarə Heyətinin 04 avqust 2026-cı il tarixli qərarı ilə «Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında» Qanununa əsasən «Modenis» Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəniş təşkilatı lisenziyası ləğv edilib. «Mpay» Məhdud Məsuliyyətli Cəmiyyəti «Modenis» MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilib və onun hüquqi varisidir»,













