İBAN əsaslı unikal struktur və Ani Ödənişlər Sistemi geniş tətbiq olunmalıdır.
FED.az xəbər verir ki, bu çağırışla ABA-nın prezidenti Zakir Nuriyev “Baku Fintech Forum 2025” çərçivəsində çıxış edib.
Zakir Nuriyev bildirib ki, ödəniş əməliyyatlarının beynəlxalq təcrübəyə uyğun şəkildə təşkili və Ani Ödənişlər Sistemindən tam istifadə üçün İBAN əsaslı unikal eyniləşdirici strukturun tətbiqi vacibdir. Bu yanaşma ödəniş xidmətləri istifadəçiləri üçün bərabər imkanlar yaradacaq və rəqabət mühitində şəffaflığı təmin edəcək.