Fintexlər fırıldaqçılığa qarşı mübarizədə banklarla birgə hərəkət etməlidir.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Baku Fintech Forum 2025” tədbirində çıxışı zamanı danışıb.
Zakir Nuriyev bildirib ki, fintex və bank sektorunun birgə fəaliyyətində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə prioritet olmalıdır. Bunun üçün həm mərkəzləşdirilmiş platformaların yaradılması, həm də hər bir ödəniş xidməti təchizatçısının fərdi tədbirlər görməsi vacibdir. Eyni zamanda, istifadəçilərin ödəniş alətlərini üçüncü şəxslərə təqdim etməsi hallarında məsuliyyət məsələləri qanunvericilikdə dəqiq şəkildə əks olunmalıdır.