Azərbaycan Fintex Assosiasiyası (AzFina) ilə Türkiyə Fintex Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
FED.az xəbər verir ki, memorandum “Baku Fintech Forum 2025” çərçivəsində imzalanıb.
Memorandumu Azərbaycan Fintex Assosiasiyasının icraçı direktoru Azər Əkbərov və Türkiyə Fintex Assosiasiyaları sədri Kutay Yalınkılıç imzalayıb.
Memorandum fintex sahəsində təcrübə mübadiləsi, birgə layihələrin icrası və bazar inkişafı kimi istiqamətlərdə əməkdaşlığı əhatə edir.