"Azərbaycan Fintex Assosiasiyası" ("Azfina") İctimai Birliyinin İdarə Heyəti (İH) yenidən formalaşdırılıb.
FED.az xəbər verir ki, Assosiasiyanın ümumi yığıncağında üzv təşkilatlar səsvermə yolu ilə yeni İH və Nəzarət-təftiş komissiyası seçib.
Yeni seçilmiş heyətə "United Payment Azerbaijan" şirkətinin nümayəndəsi Edqar Abdullayev İH-nin sədri kimi daxil olub. O, bu vəzifədə Ruslan Talıbovu əvəzləyib.
"GoldenPay" ASC-nin nümayəndəsi Eynar Abdullayev İH sədrinin müavini seçilib.
İH-nin üzvləri sırasında "Epoint.az" şirkətindən Zeynal Kərimzadə, "PashaPay"dan İqbal Rüstəmov və "Expresspay"dən Rasim Xəmmədov yer alıblar.
Nəzarət-təftiş komissiyasına isə "PulPal" şirkətindən Mehriban Əlizadə, "Max Systems" MMC-dən Valeriya Qaniyeva və "akart.az"dan Murad Mirzə seçiliblər.
Yeni heyət Azərbaycan fintex ekosisteminin inkişafı və gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.















