Müasir fintex inkişafı üçün tənzimləyici yanaşmada yumşalma vacibdir.
FED.az xəbər verir ki, “Baku Fintech Forum 2025”də çıxış edən Caucasus Ventures-un əsas tərəfdaşı Məmməd Kərim bildirib ki, Azərbaycanda fintex sektorunun inkişafı üçün tənzimləyici qurumların yanaşmasında müəyyən yumşalma olmalıdır.
Məmməd Kərim deyib: “Azərbaycanda fintexlər son üç ildə müəyyən sürət əldə etmişdi. Amma hal-hazırda mənə elə gəlir ki, biz hamımız lisenziyalaşdırmanı gözləyirdik , bu lisenziyalaşdırma qeyri müəyyənliyi aradan götürüb amma inkişafla əlaqəli qeyri müəyyənlikləri hal-hazırda biz müşahidə edirik. Bu tənzimləməlidir, amma bu qədər tənzimlənən bazar olanda biz investor kimi narahatıq. Yəni böyüməklə əlaqəli suallarımız olur və ya böyüdükdən sonra hər hansı bir yenilik ola bilsin ki, istifadəçi bazasını gündə bir milyondan on minə sala bilər. Bunları görmüşük, biz buna görə elə bil ki, bir az bizim sırf bu coğrafiyada həvəsimiz azalıb fintexə. ”
O , Azərbaycan əhalisinin rəqəmsallaşma və maliyyə savadlılığının artmasının ümidverici olduğunu qeyd edib: “Bu həm fürsət, həm də problemləri yeni imkanlara çevirmək üçün zəmin yaradır.”