Açıq bankçılıqda fintexlərin inteqrasiyası sürətləndirilməlidir.
FED.az xəbər verir ki, bu barədə ABA prezidenti Zakir Nuriyev “Baku Fintech Forum 2025” çərçivəsində danışıb.
O qeyd edib ki, açıq maliyyə modelinin uğurla tətbiqi üçün fintex şirkətlərinin açıq bankçılıq platformalarına inteqrasiyası sürətləndirilməlidir. Eyni zamanda, bu sahədə vahid texniki və hüquqi standartların formalaşdırılması ödəniş xidməti təchizatçıları arasında əlaqələrin bərabər şərtlərlə qurulmasına imkan verəcək.