“Millətimiz ikinci tur deyirsə, başımızın üstündə yerləri var”.
Ərdoğan: "Ən yaxın rəqibimizdən 2,6 milyon insan öndəyik"
Türkiyədə seçkilərin nəticələri açıqlanır - Ərdoğan irəlidədir - YENİLƏNDİ - CANLI
FED.az xəbər verir ki, bunu Türkiyədəki prezident seçkilərinə namizəd, Cümhuriyyət Xalq Partiyasının rəhbəri (CHP) Kamal Kılıçdaroğlu jurnalistlərə açıqlaması zamanı deyib.
Millət İttifaqının prezidentliyə namizədi və CHP sədri Kamal Kılıçdaroğlu müttəfiq iderləri ilə birgə açıqlamaslnda deyib:
"Seçki məntəqəsinə gedib səs verən bütün seçicilərə ürəkdən təşəkkür edirəm. Xüsusilə gənclərin və qadınların yüksək iştirakına görə çox xoşbəxtik. İştirak nisbətinin 90 faizə çatması və prosesin demokratik davam etməsi də sevindirici haldır.
Bütün böhtan və təhqirlərə baxmayaraq, Ərdoğan gözlədiyi nəticəni ala bilmədi. Heç kim oldu-bitdiyə həvəslənməsin. Seçkidə balkonda qalib gəlinmir. Məlumatlar hazırda gəlməkdə davam edir. Millətimiz ikinci tur deyirsə, başımızın üstündədir. Bu seçkidə mütləq ikinci turda qalib gələcəyik. Bunu hamı görəcək.
Müvəqqəti nəticələr göstərdi ki, Ərdoğan cəmiyyətdən gözlədiyi etimad səsini ala bilməyib. Cəmiyyətdə dəyişiklik tələbi 50 faizdən çoxdur. Bu fakt "AK Parti"nin səs itkisini göstərir. Qarşıdakı 15 gündə Türkiyə üçün millətimizlə birlikdə bu ölkəyə haqqı, qanunu, ədaləti gətirmək üçün mübarizə aparacağıq. Xalqımız əmin olsun ki, biz mütləq qalib gələcəyik və bu ölkəyə demokratiya gətirəcəyik".