Yekun nəticələr hələ bəlli olmasa da, öndəyik Ən yaxın rəqibimizdən 2,6 milyon insan öndəyik.
İlham Əliyev Ərdoğanı - TƏBRİK ETDİ
Türkiyədə seçkilərin nəticələri açıqlanır - Ərdoğan irəlidədir - YENİLƏNDİ - CANLI
FED.az xəbər verir ki, bunu Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyası Baş qərargahında söyləyib. O vurğulayıb ki, Türkiyə bu seçkilərlə qabaqcıl demokratik ölkələrlə bir sırada yer tutduğunu bir daha sübuta yetirib.
Xatırladaq ki, Türkiyə Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Bakı vaxtilə saat 7-yə sandıqların 98,7% açıqlanıb və hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,34 faiz səslə irəlidədir. Türkiyə prezidenti 26 milyon 560 min səs toplayaraq ən yaxın rəqibi olan Kamal Kılıcdaroğlunu 2,3 milyon səslə qabaqlaylır.
Ərdoğan, həm ölkədaxili səslərin qeyri-rəsmi nəticələrinin, həm də xarici səslərin hesablanmasının bir az vaxt aparacağını bildirib. O bildirib ki, "Biz, geridə qaldıqlarını bildikləri bir halda “irəlidəyik” deyərək milləti bir daha, bəlkə də sonuncu dəfə aldatmağa çalışanlar kimi deyilik. Rəsmi nəticəni gözləyərkən, burada sevginizə cavab vermək üçün ənənəvi balkon çıxışımı etməyə qərar verdim".
Ərdoğan elan edib ki 14 may seçkiləri Türkiyə tarixində ən yüksək seçici fəallığı olan seçkilərdən biri olub.