Türkiyədə keçirilən prezident və parlament seçkilərinin nəticələrinin açıqlanmasına başlanılıb.
FED.az xəbər verir ki, Türkiyə Mərkəzi Seçki Komissiyası ilkin rəqəmləri elan etməkdədir.
Belə ki, səsvermə bülletenlərinin 49,3 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,1% səslə irəlidədir.
“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 42%-lə ikinci, “Ata İttifaqı”nın namizədi Sinan Oğan isə 5,3%-lə üçüncüdür.
Parlament seçkilərində bülletenlərin 23,9%-nin nəticəsinə görə, Ərdoğanın başçılıq elədiyi Cumhur ittifaqının səsləri 56,7%, Millət ittifaqı isə 29,7% səs toplaylb.