PAŞA Holding və Kapital Bankın rəhbər heyətlərində bir sıra dəyişikliklər baş vermişdir.
"Kapital Bank"ın rəhbərliyi dəyişdi - YENİ TƏYİNATLAR
"PAŞA Holding"in taksi şirkətinə - RƏHBƏR TƏYİN EDİLDİ
“Araz” supermarketlər şəbəkəsində - YENİ TƏYİNAT
Azərbaycanın iri aviaşirkətinin - RƏHBƏRLİYİNƏ TƏYİNATLAR
“Azərbaycan Dəmir Yolları”nın sədr müavini - STP-NİN RƏHBƏRLİYİNƏ GƏTİRİLİB
FED.az xəbər verir ki, PAŞA Holding-in baş icraçı direktorunun müavini / Maliyyə Biznes Qrupunun direktoru Fərid Məmmədov baş icraçı direktorun müavini / ekosistem üzrə baş icraçı direktor vəzifəsinə təyin edilmişdir.
Eyni zamanda Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev PAŞA Holding-in baş icraçı direktorunun müavini / Korporativ Bankçılıq və Sığorta üzrə direktor və Kapital Bankın Müşahidə Şurasının sədri vəzifələrinə təyin edilmişdir.
Bununla yanaşı, Kapital Bankın İdarə Heyətinin I-ci sədr müavini Fərid Hüseynov Kapital Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Qeyd edək ki, Fərid Məmmədov 2012-ci ildə Risklərin İdarəedilməsi departamentinin direktoru olaraq, Rövşən Allahverdiyev 2007-ci ildə PAŞA Bankın İdarə Heyətinin sədr müavini olaraq, Fərid Hüseynov isə 2015-ci ildə Kapital Bankın baş əməliyyat inzibatçısı olaraq PAŞA Qrupa qoşulmuşdurlar. (Marja)