Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin Marketinq departmentinə Ramil Ağayev departament rəhbəri vəzifəsinə təyin olunub.
“Veysəloğlu”nun daha bir şirkətinin - RƏHBƏRİ DƏYİŞDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, pərakəndə sahəsində 10 il təcrübəsi olan Ramil Ağayev 2013-cü ildən etibarən “Araz” supermarketlər şəbəkəsinin Satınalma departamentində işə başlayıb. Daha sonra Maliyyə, Kommersiya, Françayzinq, Satış departamentlərində iqtisadçı analitik, format müdiri, müştəri əlaqələrinin idarə olunması üzrə şöbə müdiri, Mağazaya Dəstək departament müdiri kimi vəzifələrdə çalışıb.
Ramil Ağayev bakalavr təhsilini 2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Dövlət və Bələdiyyə idaretməsi ixtisası üzrə alıb. 2014-cü ildə həmin universitetin magistr pilləsini Qiymətləndirmənin əsasları ixtisası üzrə bitirib. O, “Risk menecmentinin əsasları”, “ Biznesin idarə edilməsi”, “Layihələrin idarə edilməsi”, “Biznesin davamlılığının idarə edilməsi və təməl məlumatlandırma”, “CRM Analytics Müştəri İdarəetmə və Reputasiyası” kimi beynəlxalq və bir çox yerli sertifikatlara sahibdir.