Xəbər verildiyi kimi, «Kapital Bank»ın səhmdarlarının qərarı ilə bankın idarə heyətinə yeni sədr təyin edilib.
"Kapital Bank"ın rəhbərliyi dəyişdi - YENİ TƏYİNATLAR
İndiyədək idarə heyətinin sədrinin 1-ci miüavini vəzifəsini tutan Fərid Hüseynov, Bankın İdarə Heyətinin sədri təyin edilib.
FED.az xəbər verir ki, Fərid Hüseynov 2015-ci ildən Kapital Bank-ın İdarə Heyətinin üzvüdür.
Ölkənin bank sektorunun bir sıra tanınmış təmsilçilələri kimi, «Kapitalbank»ın yeni rəhbəri də Azərbaycanın «bank mütəxəssisləri fabriki»nin – «Bank of Baku»nun yetirməsidir.
Belə ki, Fərid Hüseynov bank sektorundakı fəaliyyətinə «Bank of Baku»da başlayıb və burada 13 il çalışıb.
Fərid Hüseynov 1999-2000-ci illərdə İqtisad Universitetində bank və maliyyə üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Daha sonra 2001-ci ildən 2007-ci ilədək «Bank of Baku»da menecer vəzifəsində çalışıb.
2007-2010-cü illərdə isə bankın idarə heyəti sədrinin müavini vəzifəsini tutub.
2011-2013-cü illərdə F.Hüseynov «Bank of Baku» sədrinin 1-ci müavini və idarə heyətinin üzvü olub. 2013-2-15-ci illərdə isə Bankın Baş direktoru vəzifəsini tutub.
F.Hüseynov «KapitalBank»ın sıralarına 2015-ci ildə qoşulub və 2015-2017-ci illərdə burada baş əməliyyat direktoru olaraq çalışıb. 2017-ci ildən bugünkü təyinatına qədər isə bankın idarə heyəti sədrinin 1-ci müavini vəzifəsini tutub.