Azərbaycanda fəaliyyət göstərəcək “Uklon” taksi şirkətinin yeni baş direktoru təyin edilib.
«PASHA Holding» də Azərbaycanda taksi xidmətinə başlayır – TAKSİ BAZARINI NƏ GÖZLƏYİR?
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Ruslan Əliyev “Uklon Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru təyin edilib.
O, 2016-cı ildən bu günə qədər dövlətə məxsus olan “AzInTelecom” MMC-nin baş kommersiya inzibatçısı idi. Daha əvvəllər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərkosmos”da çalışıb.
“Uklon Azərbaycan” MMC 2023-cü ilin fevralında 100 min ABŞ dolları nizamnamə kapitalı ilə yaradılıb və Azərbaycanda çıxış edəcək 5-ci xarici kapitallı taksi şirkətidir. Belə ki, Ukrayna brendi olan “Uklon”nun adından çıxış edəcək.
Şirkət Azərbaycanda “PASHA Holding” MMC-nin tanınmış “Ummico” platforması (hüquqi adı: Competo MMC) ilə əməkdaşlıq edəcək.
“Uklon Azərbaycan” MMC ilk təsis edilərkən onun rəhbəri və ya qanuni təmsilçisi kimi Xaqani Məmmədov Rüstəm oğlu göstərilir.