“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) baş direktoru Ruslan Ağabəyli vəzifəsindən azad olunub.
“Sumqayıt Texnologiyalar Parkı”nın şirkətlərinə yeni rəhbərlər - TƏYİN EDİLDİ
FED.az xəbər verir ki, onun yerinə Hicran Valehov təyin edilib.
O, indiyə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İdarə Heyətinin sədr müavini olub.
R.Ağabəylinin isə STP-nin törəmə şirkətlərindən birinə rəhbər təyin edildiyi bildirilir. (Report)