“Sea Breeze”in təsisçisi Emin Ağalarov burada fəaliyyət göstərəcək kazino barədə daha bir məlumat verib.
FED.az xəbər verir ki, o, rəsmi instaqram hesabında yaranan bəzi suallara aydınlıq gətirib.
Azərbaycanda kazino oyunlarının keçirilməsinə görə böyük məbləğdə dövlət rüsumu alınacaq - MƏBLƏĞ
Kazinoların leqallaşdırılması ölkəyə valyuta gətirə bilərmi? - VİDEO
E.Ağalarov qeyd edib ki, kazinoya 21 yaşından kiçik şəxslər buraxılmayacaq. Kazinonun sahibi xatırladıb ki, Gürcüstanda kazinolarda oynayanların 17 faizi azərbaycanlılardır. O, ən azından turizm potensialına görə bu işi ölkəyə qaytarmaq istədiyini qeyd edib.
Gürcüstanda 700 min nəfər - QUMARA QURŞANIB
Tbilisidə kazinoda uduzan şəxs - «Ambassador» otelini yandırıb
E.Ağalarovun sözlərinə görə, bu gün kazinosuz turizm dünya təcrübəsindən geri qalmaq deməkdir:
“İstəyirik ki, heç vaxt buraya gəlməyəcək əcnəbilər burada oynasınlar, beynəlxalq poker turnirləri keçirək. Monako, Makao, Şimali Kipr və Las-Veqasla yanaşı, kazinoların sayına görə beşinci nöqtə olacağıq. Bu, bizə imkan verəcək ki, bu ilin sonuna qədər bir çoxu bu gün Azərbaycanda mövcud olmayan ən azı 12 beynəlxalq hotel operatoru ilə müqavilə imzalayaq və onları “Sea Breeze”də mehmanxana biznesi kimi birləşdirək”.
Dostoyevski, Abramoviç, Visbaden və …Tramp - KAZİNOLARIN QALMAQALLI TARİXİ
“Kazinonun hesabına bu hotellər mövsüm xaricində də turistlərlə dolu olacaq, turistlər də pul xərcləyirlər. Müvafiq olaraq, daha çox iş yeri, dövlət üçün daha çox vergi və daha çox turist” - deyə Emin Ağalarov bildirib.