Rubrika: ƏMLAK TARİXİ (4 səh)
Bir neçə il əvvəl dünya mətbuatında bir xəbər bomba kimii partladı: məşhur milyardçı Roman Abramoviç Almaniyanın Visbaden şəhərində yerləşən məşhur kazinoya dahi rus yazıçısı Feodor Dostoyevskinin 150 ildən bəri qalan borcunu ödəyib. Dostoyevskinin kazinonun qarşısındakı abidəsinda yazıçının kazinoya borcu olması barədə lövhə vardı. Yazıçının borcu olaraq 240 min avro ödədikdən sonra «Dostoyevski heç kimə heç nə borclu deyil»-deyən milyardçı həmin lövhənin çıxarılmasını əmr edib.
Eləcə də bax: "Bir qəhvənin 40 il xətri var"... - Türkiyənin nəsildən nəsilə keçən - AİLƏ ŞİRKƏTLƏRİ
Qumar həyatından bəhs edən «Oyunçu» əsərinin müəllifi Dostoyevski tarix boyu kazinolarda sərvətini itirmiş məşhurlardan nə birincisi, nə də axırıncısı idi. Hisslər və pul simvolu olan kazinolar həmişə insanlarla birlikdə olub. Üstəlik iri şəhərlərə, hətta ölkələrə qazanc gətirən oyun evləri dünyanın əmlak bazarına da təsir edib.
Teymurilər dövlətinin rüşvətxor vəzirləri və məmurları – KORRUPSİYA TARİXİ
Misir fironlarından Roma qladiatorlarna qədər
Kazinonun, daha doğrusu, oyun evlərinin nə vaxt yarandığını heç tarixçilər də dəqiq bilmir.
Demək olar ki, bütün mədəniyyətlərdə və xalqların tarixində oyun yerləri xatırlanır – Qədim Misir, Roma, Qədim Yunanıstanda, İngiltərə, Napoleon Fransasında və sair. Hazırda kazinolarda oynanılan sümük zərlərin analoqları Qədim Misir sərdabələrində tapılıb, Roma İmperiyasının zadəganları isə vaxtlarını qumar oyunlarının geniş yayıldığı mineral kurortlarda keçirirdi.
Əslində Roma kolizeylərində qladiator döyüşləri də faktiki olaraq qumar və müasir totalizatorun əcdadı idi.
Asiya və Amerika da kənarda qalmamışdı. Qədim Çində, Hindistanda, Mayya və İnklərin mədəniyyətində qumar oyunları geniş yayılmışdı. Çin mütəfəkkirləri isə hesab edirdilər ki, qumar oyunları müdrikliyi artırır.
Ridotto Kazinosunun maskalı oyunçuları
Amma bizim görməyə vərdiş etdiyimiz formada kazino ilk dəfə Avropada yaradılıb. Maraqlıdır ki, onun yaradılmasında məqsəd əhalini qumara cəlb etmək yox, əksinə, buna mane olmaq, eləcə də büdcəni doldurmaq olmuşdu.
Avropada ilk sayılan Ridotto kazinosu 1638-ci ildə Venesiyada işə düşdü. Elə kazino sözü də - «sasa» sözündən (italyanca kiçik ev deməkdir) götürülüb. Həmin vaxt hökumətin qərarı ilə bu kazino ona görə yaradılmışdı ki, şəhərdə keçirilən böyük karnavallarda oyunlara nəzarət edilsin.
Ridotto kazinosunda oyunçuların sayının az olması üçün stavkalar çox yüksək müəyyən edilmişdi, üstəlik çox sərt qaydalar vardı - oyunçular buraya xüsusi geyimlərdə gəlməli, həm də maskada olmalı idi. Nəticədə bura yalnız zadəganlar daxil ola bilirdi.
İlk kazinonun ömrü 130 ildən bir qədər çox oldu - 1774-cü ildə dindarların tələbi ilə onu bağlamalı oldular. Amma bu yalnız başlanğıc idi.
Məşhur fizik və ruletka
Növbəti kazino 1600-cü illərin sonunda Fransada kral XIV Lüdovikin dövründə kardinal Culio Mazarininin əmri ilə yaradılmışdı. Bu kazinonun da yaradılmasında məqsəd büdcəni doldurmaq idi.
Elə həmin vaxt Fransada ilk dəfə ruletka oyunu üçün xüsusi masalar meydana çıxdı. Bu oyunun yaradıcısı bizim orta məktəbdən alim kimi tanıdığımız məşhur fransız fiziki və riyaziyyatçısı Blez Paskal idi. Onun 1655-ci ildə ixtira etdiyi ruletka oyunu tezliklə bütün Avropada məşhurlaşdı – artıq 1780-ci ildə qitədə ruletkasız kazino yox idi.
Kazinoya çevrilən Avropa…
19-cu əsrin ilk yarısında artıq Avropanın bütün iri ölkələrində - Britaniya, Almaniya və İtaliyada kazinolar vardı. Məşhur Pirmont, Baden-Baden və Karlsbad kazinolarında varlılar pulu su kimi xərcləyirdilər. Qumar qitənin bir sıra məşhur ailələrinin var-dövlətdən çıxması və müflisləşməsi ilə də nəticələnmişdi. Bir neçə on illik əyləncədən sonra hökumətlər və kilsə «yuxudan ayıldı». Avropa ölkələri kazinoların öldürücü təsirini azaltmaq barədə fikirləşməyə başladılar. Nəhayət, 1873-cü ildə Avropanın bütün kazinoları bağlandı, amma qumarın kökü kəsilmədi.
Blan qardaşları və qumar paytaxtı Monte-Karlo
Həmin vaxt gözlənilmədən Monako knyazı qumarı qadağan etməkdən imtina etdi, knyaz müstəqil olduğundan onun qərarına qarşı çıxan olmadı və bütün varlı müştərilər buraya axışdılar, kiçik Monako knyazlığının Monte-Karlo şəhəri qumar oyunlarının paytaxtına çevrildi.
Kazino biznesinin tarixində əsl inqilab bu sahəyə Fransua və Lui Blan qardaşlarının gəlişindən sonra başladı. Bu qardaşlar, xüsusilə də Fransua, çox diribaş idi və qısa müddətdə ruletkanı qitənin ən məşhur oyununa, Monakonu isə kazino cənnətinə çevirdi. O vaxtdan indiyədək Monte-Karlo qumar, ehtiraslı oyunlar, dəbdəbə və əylənə yeridir.
Dostoyevski və Visbaden kazinosu
Bu dövrlərdə Almaniyada da kazinolar sürətlə meydana çıxmağa başlayır. Əla coğrafi vəziyyəti və gözəl iqlimli şəhərlər tezliklə oyunçuları Baden-Baden və Bad-Xomburq kazinolarına cəlb etməyə başlayır.
Həmin dövrün məşhur adamları da kazinolardan əl çəkmirdi. Tolstoy, Dostoevski, Turqenev kimi dünyaca məşhur yazıçılar kazinoların sevimli müştəriləri idi. Yazıçılar üçün əsərlərinin qonorarlarını, hətta yazılmayan kitabların avanslarını kazinoda uduzmaq adi hal idi.
Dahi rus yazıçısı Feodor Dostoyevski də kazino qurbanlarından biri olmuşdu. Qumar xəstəsi olan Dostoyevski 1862-ci ildən Almaniyanın Visbaden şəhərindəki yerli kazinonun daimi müştərisi idi. Yazıçı hətta 1863-cu ildə burada bir gecədə 10,5 min frank udmuşdu. Amma iki il sonra kazinoda bütün sərvətini uduzdu, uduzduğu pulların arasında onun dünya şöhrətli «Cinayət və Cəza» romanına görə yenicə aldığı qonorar da vardı. Yazıçı bundan necə sarsılmışdısa, cəmi 26 günə qumara həsr olunan «Oyunçu» əsərini qələmə aldı. Dostoyevski özünə və yaxınlarına dəfələrdə söz versə də, qumardan ayrıla bilmir, hətta Almaniya və İsveçrə kazinolarında şəxsi əşyalarını belə uduzurdu. Yayılan məlumatlara görə, Visbadendə, hətta yazıçının kazinoya borcu olduğu yazılan lövhə də olub, amma 2013-cü ildə milyardçı Roman Abramoviç bu borcu, deyilənə görə 240 min avronu ödəyərək, həmin lövhəni çıxartdırıb.
Kazino və Böyük Depressiya
Amerikada qumar oyunlarını yerli xalqlar da bilirdilər, amma kazinonu oraya digər zərərli vərdişlər kimi, müstəmləkəçilər aparmışdılar. Vəhşi Qərbdə oyunu, udub-uduzmağı sevirdilər - 19-cu əsrdə ABŞ-da kazinolar və oyun evləri yağışdan sonra göbələk kimi artırdı.
Qumar oyunlarını mərkəzi əvvəlcə Yeni Orlean, sonra isə Sent-Luis, Çikaqo və San-Fransisko oldu. Qumar oyunları populyarlaşır, yeni oyunlar yaranırdı. Amma prezident Endryu Ceksonun hakimiyyətə gəlişi və qadağası kazinoların təqribən 10 il gizli işləməsi ilə nəticələndi.
Böyük Depressiya illərində qadağan edilən yerlərdə gizli oynanılan oyüunlar bəzən atışma və faciə ilə bitirdi. Nəticədə 1932-ci ildə ABŞ hökuməti kazinoları bütün ölkədə qadağan etdi. İstisna yalnız Nevada ştatı oldu. Ştatın məşhur şəhərləri Las-Veqas və Rinoda yeni oyun evləri tikilməyə başladı.
Buradan kazinolar qonşu Kubaya daşındı, həmin kazinoların da əsas müştəriləri ölkəsində oynamağa yer tapmayan amerikalılar idi. Yeri gəlmişkən, elə o vaxtdan Karib hövzəsinin bəzi ölkələrində kazinolar turizmin əsas sahələrindən və ölkənin valyuta gəlirlərinin mənbəyi sayılır.
«Veqasda nə olursa, Veqasda da qalır»
Buu məşhur ifadə Veqasda kazinoların tarixini yaxşı əks etdirir. Kazinolar əsl populyarlığıLas-Veqasda qazandılar. Şəhərin gözəl yerləşməsi turistləri bura cəlb edirdi. Veqas xüsusilə ABŞ-dakı «araq qadağası qanunu» dövründə məşhurlaşdı. Burada spirtli içkilər sərbəst satıldığından hər yerdən adamlar buraya axışırlı. Xüsusilə də mafmiya üzvləri, hansı ki, elə «araq qadağası»ndan qazanırdılar, çox varlı idilər və pullarını xərcləməyə yer axtarırdılar.
Ötən əsrin 40-cı illərinə qədər Veqas ərazisində bir neçə kiçik kazino və otel vardı. Əsl «partlayış» 1946-cı ildə oldu – Veqasda Baqsi Siqel Flaminqonun böyük oyun kompleksi işə düşdü. Bu hadisə dünyanın əsas oyun mərkəzlərindən birinin bünövrəsini qoydu - Las-Veqas oyun həvəskarlarını ziyarətgahına çevrildi.
Amma ABŞ hökuməti kaznoların fəaliyyətinə həmişə qarışır və müxtəlif qadağalar tətbiq edirdi. Məsələn 1951-ci ildə qəbul edilən qanuna görə qumar oyunları qadağan olunan ştatların ərazisi ilə oyun avirmatlarını daşımaq qadağan edilmişdi. ABŞ-da növbəti kazino bumu 1980-ci illərdə başladı. Əvvəlcə 1978-ci ildə Atlantik Siti şəhəri kazino açmaq üçün lisenziya alır. Hazırda bu şəhər kazinoların sayına və məşhurluğuna grə Las-Veqasdan sonra ABŞ-da ikincidir. Yeri gəlmişkən Atlantik Sitidə ABŞ prezidenti Tpampın da kazinosu vardı.
Hindlilərə kazinoda qaytarılan «qan borcu»
ABŞ-ın bəzi ştalarıda kazinoları açmaq icazəsi yalnız Amerikanın köklü olan yerli xalqına – hindlilərə verilir. Bu addım adətən kasıb olan hindu məskənlərində həyat səviyyəsini qaldırmaq məqsədi daşıyırdı. Həm də qitənin işğalı zamanı sıxışdırılan və torpaqları əllərindən alınan hindlilər ABŞ-ın «üzr borcunu» qaytarılması kimi də başa düşülür.
Nəticədə 1980-ci illərin sonunda ABŞ-dakı hindli məskənlərində kazinolar göbələk kimi artmağa başladı.
1980-ci illərin sonundan ABŞ-da kazinolar Nevada ştatı ilə ( Las Veqas, Rino və Karson-Siti də daxil olmaqla bütün şəhərlərində) yanaşı, Atlantik Siti və Arkanzas ştatında da işləyə bilərdi. Bundan başqa, ölkənin bütün ərazisindəki hindli məskənlərində 300-dən artıq kazino fəaliyyət göstərir.
ABŞ-da üzən kazinolar da var - Missisipi çayı boyunca içərisində kazinoları olan iri kruiz gəmiləri dolanır.
Nəhayət, 1994-cü ildə ABŞ-ın bütün ştatlarında qumar oyunları leqallaşdı. Yalnız iki ştatda - Yuta və Havayda onlar indiyədək qadağan edilib.
«Köhnə Dünya»nın köhnə qanunları
Amerikadan fərqli olaraq Avropada kazinoya konservativ, ehtiyatlı yanaşma hələ də qalır. İspaniya və İsveçrə kimi turizm məkanlarında və Skandinaviya ölkələrində kazino çoxdan qadağandır. İngiltərədə isə əksinə, 1960-cı ildə kazinoların sayı 20-ni keçmirdi, amma sonradan onların sayı sürətlə artaraq 1968-ci ildə minə çatdı. Nəticədə hökumət sərt nəzarətə və məhdudiyyətlərə başladı. Nəticədə 1970-ci illərdə kazinoların sayı yenə 120-yə endi.
1980-ci illərdə Avropada 180-ə yaxın kazino vardı. Onların bəziləri - Monte-Karlo, Bad-Xamburq və Baden-Baden kazinoları çox böyük və məşhur idi. Ümumiyyətlə, indi Avropada kazinoların 80%-i Fransada, 7%-i Almaniyada, 5% isə İtaliyada yerləşir.
Yerlilərə daxil olmaq qadağandır
Kazino olan Avropa ölkələrinin əksəriyyətində yerli sakinlərin buraya daxil olması qəti qadağandır. Xariciləri isə hər üsulla oyuna cəlb etmək qaydadır. Bu siyasətin səbəbi yerli vətəndaşları qumarın mənfi təsirindən qorumaq, eləcə də, ölkədən vayuta çıxışına imkan verməməkdir. Məsələn, yerli sakinlər üçün qadağa olan Monakoda kazinoların milli gəlirin əsas mənbələrindən sayılır.
«Qırmızı Əjdahanın kazinosu»
Amma kazinoların coğrafiyası ABŞ-da bitmədi. Dünyanın ən böyük kazino mərkəzi də artıq çoxdandır ki, ABŞ deyil….
Dnyada qumar oyunlarına ən həvəsli xalqlar çinlilər və Cənub Şərqi Asiyanın digər nümayəndələri sayılır. Hələ 19-cu əsrdə Çinin Makao şəhəri regionun qumar mərəzi idi. Burada hələ 1847-ci ildən kazinolar rəsmi işləyirdi. Makaoya kazino mədəniyyətini avropalılar, xüsusilə də portuqaliyalı tacirlər gətirmişdi.
Bu şəhərdə kazino inqilabı bir də 1999-cu ildə başladı. 20 il əvvələ kimi Makao keçmiş Portuqaliya müstəmləkəsi idi, 1999-cu ildə şəhər yenidən Çinin tərkibinə qatıldı. Amma Çin hökuməti Honkonq kimi Makaonu da xüsusi bir ərazi elan edib burada nisbətən sərbəst rejim qurdu və yeganə olaraq bu şəhərə kazino işləməsinə icazə verildi.
İcazənin təsiri özünü çox gözlətmədi - Makao Çinin tərkibinə qatılandan sonra onun iqtisadiyyatı düz 6 dəfə artdı. Səbəbi 700 min nəfərlik şəhərin oyun biznesinin cənnətinə çevrilməsi idi. 2002-ci ildə Çin Makaoda kazinoların fəaliyyətinə icazə verəndən sonra şəhər dəlisov sürətlə inkişaf etməyə, kazino ilə yanaşı. turizm və əyləncə mərkəzinə çevrilməyə başladı. 2013-cı ildə Makao oyun biznesindən 45 milyard dollar qazandı ki, bu da Las-Veqasın gəlirlərini 8 dəfədən çox üstələyirdi. Elə həmin il şəhər adambaşına düşən Ümumdaxili məhsulun həcminə görə, İsveçrəni keçdi.
Makaoda 33 kazino fəaliyyət göstərir. Dünyanın ən byöük kazinosu – Kazino Venesiya da buradadır. 945 min kvadrametrlik kazinoda 4 min oyun avtomatı, 1000 oyun stolu, 3 min yerlik otel, onlarla mağaza və restoranlar var. Şəhər əhalisiniin hər 10 nəfərindən 7-si kazinonun hesabına dolanır. Turizmin, əyləncənin və qumar sənayesiinn inkişafına görə Makaonu Las-Veqas və Dubayın birləşməsi saymaq olar.
Tramp və Kazino biznesi
Bu gün Las-Veqas – ABŞ-dan ən çox ziyarət ediən şəhərdir. Burada çoxsaylı oyun yerləri və dəbdəbəli otellər var. Hətta hazırkı ABŞ prezidenti Donald Tramp da əmlak bazarının müxtəlif sahələri kimi, kazino biznesində də olub. Son vaxtlara kimi şəhərdə onun adını daşıyan kazino var idi.
Gələcək ABŞ prezidenti hələ 1980-ci illərdə kazino biznesi ilə məşğul idi və Atlantik Sitidə
Tac-Mahal adlanan əyləncə mərkəzi və kazino inşa etmişdi. Kazinonun tikintisi üçün Tramp düz 1 milyard dollar kredit almışdı - həmin vaxt bu çox byöük məbləğ idi - amma 1989-cu ilən başlanan layihə uğursuz oldu və cəmi iki il sonra müflisləşdi.
O vaxt «Trump Hotels and Casino» şirkətinə «Trump Taj Mahal»dan başqa, daha iki kazino - «Trump Plaza» və «Trump's Castle» də daxil idi. Nəticədə şirkət 1991, 2004, 2009 və 2014-cü illərlə özünü mümlfs elan edib. «Castle Hotel & Casino» daha əvvəl – 1984-cü ildən açılmışdı.
Sonuncu dəfə 2014-cü ildə müflislik elan edəndə «Trump Entertainment Resorts Inc» şirkəti Atlantik-Sitidə iki kazinonu idarə edirdi - «Trump Taj Mahal» və «Trump Plaza».
MDB-də kazinolar
MDB ölkələrinə kazino müstəqillikdən sonra ayaq açdı. Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Azərbayanda ilk kazinolar yarandı. Amma sonradan bu biznesin zərərli tərəfləri müəyyən edildikcə, onlar bir-birinin ardınca qadağan edildi. Aərbaycanda bu 1998-ci ildə, Qazaxıstanda 2007-ci, Rusiya və Ukraynada isə 2009-cu ildə baş verdi.
Bəzii ölkələrdə yalnız ayrıca müəyyn edilmiş şəhərlərdə kazinolar var. Məsələn, Rusiyada 4 oyun zonası müəyyən edilib, bunlar ölkənin müxtəlif ucqar ərazilərindədir. Məqsəd həm əhalinin kasıb hissəsini qumarda uduzmaqdan qorumaq, həm də ucqar ərazilərin inkişafıdır.
MDB-də kazinolardan ən səmərəli istifadə edən Gürcüstan oldu. Turizm mərkəzinə çevrilməyi hədəfləyən qonşu ölkədə çoxsaylı kazinolar fəaliyyət göstərir. Kazinonun qadağan edildiyi qonşu respublikalardan, eləcə də varlı Körfəz ölkələrindən Gürcüstana gələn qonaqların bir hissəsi buraya məhz kazinoda oynamaq üçün üz tutur.