Tbilisidəki məşhur «Ambassador» mehmanxanasında baş verən yanğınla bağlı bir nəfər saxlanılıb.
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlum olub ki, yanğını mehmanxanada qonaq olan 1995-ci il təvəllüdlü 28 yaşlı A.L. törədib. İstintaqla müəyyən olunub ki, həmin şəxs kazinoda böyük məbləğ uduzduqdan sonra oteli yandırmağa cəhd edib.
Başlayan yanğın daha sonra otelin üçüncü və dördüncü mərtəbələrinə yayılıb. Yanğının yaxınlıqdakı binalara keçməsinin də qarşısını almaq üçün hadisə yerinə 16 yanğınsöndürmə briqadası cəlb edilib.
Qeyd olunub ki, saxlanılan şəxs kazinoda külli miqdarda pul uduzub. Bundan sonra xeyli spirtli içki qəbul edən həmin şəxs otelin eyvanına çıxaraq anlaqsız hərəkətlər edib və diqqəti cəlb etməyə çalışıb. Bundan sonra isə oteldə yanğın törədib.
Onu 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.