Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında əməkdaşlıq fəal şəkildə regionlara yayılmağa başlayır. Avropa İttifaqı əsasən kənd təsərrüfatı, təhsil və s. sahələri əhatə edən müxtəlif layihələri maliyyələşdirərək dəstəkləyir.
Hökumət iş adamlarını "vergi və gömrük cənnəti"nə dəvət edir - GÖRÜŞLƏR BAŞLADI
FED.az xəbər verir ki, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Ketsutis Yankauskas və jurnalistlər regionlarda həyata keçirilən layihələrlə tanış olublar.
«7 il işsiz qaldım, məni vəziyyətdən bu layihə çıxardı – ÖZ BİZNESİMİ QURMUŞAM»
Layihələrdən biri qida istehsalı ilə bağlıdır. Belə ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Azərbaycan Turizm Bürosu ilə birlikdə həyata keçirilən COVCHEG (Azərbaycanın Böyük Qafqaz dağları regionunun kənd icmalarında dəyər zəncirinin yaxşılaşdırılması) layihəsi çərçivəsində 5 regionda - Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxda "Slow Food Travel" seminarları təşkil edilib.
Eləcə də bax: «Həmişə kiminsə işçisi olmuşam, bu dəstəklə öz istixanamı qurdum» - SAMUXLU SAHİBKAR
Seminar yerli və beynəlxalq ekspertlərin rəhbərliyi altında "Slow Food Travel"in Azərbaycanda tətbiqi, "Slow Food"a uyğun turizm təcrübəsi və kənd turizminin/kiçik istehsalçıların mehmanxana xidmətlərinin yaxşılaşdırılması üsulları kimi mövzuları əhatə edir. Seminarlarda layihənin benefisiarları, o cümlədən regionlarda yaşayan kənd təsərrüfatı istehsalçıları, otel və restoranların, təbiət qoruqlarının nümayəndələri iştirak edəcək.
«İxtisasım başqa olsa da, öz biznesimi qurmağı qərara aldım» - TOVUZLU SAHİBKAR QADIN - VİDEO
Layihənin bu regionlarda təşkil olunmasında məqsəd yerli özünəməxsusluğun və mətbəxin dəyərinin yüksəldilməsi, biomüxtəlifliyin və mədəni irsin qorunub saxlanması, dayanıqlı dolanışıq mənbələrinin yaradılmasındadır. Bu, təkcə benefisiarların bilik və bacarıqlarını genişləndirməyəcək, həmçinin pilot rayonlarda qida zəncirinin konkret inkişaf modelinin, həmçinin turizm məhsulları və təcrübələrinin yaradılmasına səbəb olacaq.
Xına məclisindən «Happy birthday to you»ya qədər – TOVUZLU XANIMIN BİZNES ƏHVALATI - VİDEO
Bu isə öz növbəsində, bütün ölkə üzrə gələcək inkişaf modelini şərtləndirəcək. Uzun perspektivdə bu, təbii resurslara və sosial mühitə müsbət təsir göstərəcək, işsizlik və emiqrasiya səviyyəsini aşağı salacaq, həmçinin yerli regionların dayanıqlılığını yüksəldəcək.
Avropa İttifaqı COVID-19 pandemiyası dövründə qadın sahibkarlığına xüsusi diqqət yetirir. Koronavirus pandemiyası bütün dünyada biznes sektoruna zərbə vursa da, Aİ şəxsi inkişafa yönəlmiş və digər insanlara fayda verə biləcək qrantlar ayırmaqda davam edir.
Beləliklə, Yankauskas və jurnalistlər regionlara səfər zamanı çətinliklərə baxmayaraq, öz kiçik bizneslərini qurmuş və onu hazırki şəraitdə uğurla inkişaf etdirən qadın sahibkarlarla görüşüblər. Maliyyə vəziyyətinin zəif olması səbəbindən Sevinc öz tikiş biznesini inkişaf etdirmək və daha çox sifariş əldə etmək üçün lazımi avadanlığı və alətləri, parça və digər materialları almaqda çətinlik çəkirdi. Layihə tərəfindən ilkin kapital kimi təqdim edilmiş 820 manatla Sevinc Seyidova İsmayıllının mərkəzində yer icarələyib ki, bununla da daha çox müştəri cəlb etmək və paltar tikişi üzrə xidmətlər göstərmək olar. O, maliyyə dəstəyi ilə lazımi avadanlıq, alətlər və materiallar əldə edib. Vəsaiti aldığı vaxtdan çox az vaxt keçsə də, artıq onun gəlirində əhəmiyyətli artım var.
ADSMIRRA və "Gənclər üçün sahibkarlıq" layihəsinin benefisiarı Kərimova Ruqiyyə ilə tanışlıq da az əhəmiyət kəsb etmir. Həyat yoldaşını itirmiş Ruqiyyə təkcə müəllim maaşı ilə 15 və 18 yaşlı övladlarını tək böyütməyə məcburdur. Onun 18 yaşlı oğlu serebral iflicdən əziyyət çəkir. Müəllim maaşı ailə xərclərini qarşılamağa güclə kifayət etdiyindən Ruqiyyə əlavə gəlir əldə etmək üçün hansısa fəaliyyətlə məşğul olmaq istəyirdi. Ruqiyyə, "Junior Achievement" təşkilatı tərəfindən həyata keçirilən Aİ-nin "Gənclər üçün sahibkarlıq" layihəsinin benefisiarıdır. Layihəyə qoşulan Ruqiyyə arıçılıqla məşğul olmağa qərar verib və ilkin kapital kimi 1500 manat əldə edib. Bu işdə atası da ona kömək edir. Həyatı heç də asan keçməsə də, o şikayətlənmir, əksinə öz işini daha çox inkişaf etdirmək istəyir və etiraf edir ki, asan iş olmasa da, gələcəkdə arı südü əldə etmək niyyətindədir.
Son illərdə Qəbələdə balıqçılıq da sürətlə inkişaf edir. Benefisiar Mətilov Alik balıqçılıq təsərrüfatına malikdir və əsasən ala balıq yetişdirir. O, balıqların yemlənməsinin yaxşılaşdırılması, həmçinin su hövzələrinin balıq məhsuldarlığının artırılması ilə bağlı konsultasiya və informasiya dəstəyi alıb. Əsas dəstək balıq yetişdirilməsi və çoxaldılması texnologiyalarının təkmilləşdirilməsinə, həmçinin balıqçılıq təsərrüfatının sahibinə lazımi yemin və s. verilməsinə yönəldilib. Aİ-nin səfiri və jurnalistlər şəxsən bu prosesi izləyib və öz təəssüratını bölüşüblər.
Yekunda jurnalistlərə müsahibə verən Yankauskas bunları deyib: "Aİ-nin maliyyələşdirdiyi və gələcək də maliyyələşdirməkdə davam edəcəyi müxtəlif sahələrlə əlaqəli çoxsaylı layihələri nəzərdən keçiririk. Aldıqları kiçik kömək əslində ailələrin həyatında böyük əhəmiyyət kəsb edir. Bunu çox qısa qeydlərlə yekunlaşdırmaq istərdim. Birincisi, düşünürəm ki, həyatımızda hər şey təhsildən başlayır və edə biləcəyimiz ən yaxşı şey övladlarımıza yaxşı təhsil verməkdir. Bununla biz gələcəkdə bütün tapşırıqların öhdəsindən gələ bilən daha yaxşı cəmiyyət qura bilərik".
Yankauskas hesab edir ki, Azərbaycanın ən böyük sərvəti onun insanlarıdır.
"Biz xarakterli, yaşamaq, gəlir əldə etmək, ailələrini saxlamaq, iş tapmaq, bacarıqlar qazanmaq, gələcəyə doğru hərəkət etmək üçün hazırlıqlı və qətiyyətli insanları dəstəkləyirik", - səfir qeyd edib.
"Üçüncüsü, biz bu gözəl ölkəni gözmək üçün daha çox səyahət etməliyik. Burada təbiət, adət-ənənələr, qonaqpərvərlik baxımından təklif ediləsi çox şey var. Yəni regionların dəstəklənməsi əslində ölkənin inkişafını şərtləndirir", - o əlavə edib.(report)