«Volvo» şirkəti özünün yeni hibrid avtomobilini buraxıb.
“Li Auto”dan qərar: Rəsmi olmayan avtomobillər tamamilə bloklanacaq
FED.az xəbər verir ki, «yeni superhibrid» adlandırılan Volvo XC70 avtomobili 462 at gücü, tam ötürməyə 92 düymlük ekrana və 1200 km gediş məsafəsinə malikdir.
«Volvo»nun «dəbdəbəli hibrid SUV» adlandırılan XC70 modelinin baza versiyasında qabaq ox çəkir, top versiyada isə maşın tam ötürücüdür.
BYD-nin «bayramı» başa çatır? - Son 17 ayda ilk dəfə istehsalı azaldı
Volvo XC70 avtomobilinin 1,5-litrlik 163 at güclü daxili yanma mühərriki var, onunla yanaşı, burada 3 elektrik mühərriki mövcuddur. 3DHT transmissiyası isə imkan verir ki, ehtiyac olanda benzin mühərriki də təkərlərə qoşulsun.
Maşının güc akkumulyatorunun tutumu 39,6 kVtsaat təşkil edir.
"Azərbaycan Beynəlxalq Bankı"nın avtomobilləri - HƏRRACA ÇIXARILDI - QİYMƏTLƏR
Volvo XC70-in gediş məsafəsi «CLTC» sistemi ilə ölçülüb və 1200 kilometrdən yüksəkdir. Maşının gücü ona imkan verir ki, 100 km/saat sürəti cəmi 5,28 saniyəyə yığsın. XC70-in akkumulyatoru maşının özündən başqa, kənardakı elektrik cihazlarına da elektrik verə bilir, gücü 6 kVt-dır.
Avtomobilin içərisi, güc qurğularından da dəbdəbəliidr. Burada 12,3 düymlük cihaz paneli, 15,4 düymlük mediasistem, nəhayət 92 düymdük proyeksiya ekranı var. Eləcə də daxildə sürücüləri smartfonlar üçün məftilsiz şarj aparatı və 23 dinamikli «Harman Kardon» səs vistemi gözləyir.
«Volvo XC70» iri avtomobildir, onun ölçüləri 4815 mm × 1890 mm × 1650 mm təşkil edir, təkər bazası isə 2895 mm-dir.