Türkiyədə ilk yerli uçan avtomobilin sınaq uçuşu uğurla keçib.
Eləcə də bax: Gəncə avtomobil zavodu Türkiyəyə - Elektrobus Satacaq
FED.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.
Avtomobil “Baykar” şirkətinin mühəndisləri tərəfindən yaradılıb və “CEZERİ” adlandırılıb.
“CEZERİ” ilk dəfə 2019-cu ildə İstanbulda Aviasiya, Kosmos və Texnologiya Festivalı (TEKNOFEST) çərçivəsində təqdim edilmişdi.