ABŞ-ın qlobal sərmayə bankı JPMorgan, qlobal çip qıtlığının 2022-ci ilin ortalarına qədər davam edəcəyini gözləyir.
Eləcə də bax: Dünyadakı elektromobillərin 60%-ə yaxını - ÇİNDƏ YIĞILIR
FED.az xəbər verir ki, Bank 2023-cü ildə çip qıtlığının olmasını gözləmir.
"İlin ikinci yarısında işlər yaxşılaşa bilər, ancaq ilk altı ayda sektorda qıtlıqlar görülə bilər",- Bankdan bildirilib.
ABŞ və Avropada çip istehsalçılarının güclərini artıracaqlarını qeyd edən Bank, gələn ilin ortasından etibarən əlavə istehsalın qıtlığı aradan qaldıracağını hesab edir.
2020-ci ildə başlayan koronavirus pandemiyası səbəbilə elektronika məhsullara olan tələbin artması və tədarük zəncirində axsamaların baş verməsilə çip qıtlığı yaranıb. (Marja)