“Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyi 2021-ci ili 2,022 milyon manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: “Şərqi Zəngəzurda sənaye parkında Rusiya ilə birgə mərkəz yaradılıb”
FED.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 3,7 dəfə azdır.
Ötən il GAZ-ın əsas əməliyyat (satışdan) gəliri 84,867 milyon manat (əvvəlki illə müqayisədə 14,2 % az), satışınının maya dəyəri 77,644 milyon manat (10,7% az), kommersiya xərcləri 1,512 milyon manat (15,3 % çox), inzibati xərcləri 2,653 milyon manat (12,8 % çox), sair əməliyyat xərcləri 529 min manat (11,2 % az), mənfəət vergisi ödəmələri isə 506 min manat (3,7 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə GAZ-ın aktivləri 97,722 milyon manat olub ki, bu da illik müqayisədə 20,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 29,3% artaraq 66,097 milyon manata, balans kapitalı isə 5,1 % artaraq 31,625 milyon manata çatıb.
Xatırladaq ki, GAZ-ın əsası 1986-cı ildə qoyulub və 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanıb. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin başa çatmalı olsa da, Sovet İttifaqının dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalıb. Yalnız 2004-cü ilin dekabırında GAZ işə düşüb və müəssisədə ilk avtomobil yığılıb. Onun nizamnamə kapitalı 3,573 milyon manatdır. (Report)