“Ötən ilin oktyabrında “KamAZ” şirkəti və Gəncə Avtomobil Zavodu tərəfindən Şərqi Zəngəzur regionundakı sənaye parkında Azərbaycan-Rusiya birgə mərkəzi yaradılıb.
Eləcə də bax: Overçuk: Qarabağda “KamAZ” zavodunun işə salınması - PLANLAŞDIRILIR
FED.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.
Ceyhun Bayramov qeyd edib ki, Horadiz-Ağbənd dəmir yolu üçün Azərbaycan Rusiyadan 20 min ton dəmir yolu relsi alacaq: “Rusiya şirkətləri ilə 20 min ton dəmir yolu relsinin alınması barədə müqavilə var. Bu müqavilənin də artıq üçdə bir hissəsi yerinə yetirilib”. (Qafqazinfo)