Bolt şirkəti 2022-ci il üzrə yekunlarını elan edib.
Şirkətdən FED.az-a verilən məlumatda Boltun fəaliyyəti ilə bağlı maiaqlı məqamlar da yer alıb.
Belə ki, il ərzində Azərbaycanda ən fəal «Bolt» istifadəçisi bu 1755 dəfə taksidən istifadə edib. 2022-ci ildə «Bolt» sürücüsü ilə qət edilən ən uzaq məsafə 176 kilometr olub.
Bolt sürücüsünə verilən ən yüksək bəxşiş məbləği isə 267 AZN təşkil edib.
«Bolt» bildirir ki, 2022-ci ildə «Bolt» xidmətinin istifadəçiləri üçün yeni sığorta proqramı yaradılıb. Yeni sığorta Bolt ilə edilən bütün səfərlərə şamil edilir və hadisələrin maksimum sayını əhatə edir. «Belə bir yenilik yalnız şirkət üçün deyil, həm də bütün ölkə üçün vacibdir, çünki Bolt Azərbaycanda öz istifadəçiləri üçün sığorta proqramını tətbiq edən ilk avtomobil sifarişi xidmətidir»-deyə şirkətin açıqlamasında bildirilir.
2022-ci ildə «Bolt» ölkənin daha bir neçə şəhərində - Şəki, Şəmkir, Mingəçevir və Qəbələ şəhərlərində fəaliyyətə başlayıb.
Azərbaycanda turistlərin qonaqlarının maksimum rahatlıqla hərəkət etməsi, eləcə də uzaq məsafələrə səyahət edə bilməsi üçün Bolt yeni “Travel” səyahət kateqoriyasını təqdim edib. Eləcə də bu il daha bir yeni kateqoriya meydana çıxdı, həmin kateqoriya “Comfort Plus”dur. O, avtokomfort və biznes-klass ilə səyahət edən sərnişinlər üçün nəzərdə tutulub.
«Bolt» ilə əməkdaşlıq edən fəal sürücülər arasında hədiyyələr oynanılıb, baş mükafat Haval Jolion avtomobili olub.
2022-ci il üçün daha bir neçə maraqlı məlumat statistikasını təqdim edirik:
● bir səfər zamanı gedilən ən uzun məsafə - 176 km;
● ən aktiv istifadəçi ildə 1755 səfər edib;
● Bolt sürücüsünə verilən ən yüksək bəxşiş məbləği 267 AZN-dir.
«Biz həmçinin hesab edirik ki, rayd-heylinq xidmətlərinin inkişaf etdirilməsi Azərbaycandakı şəhərlərin inkişafı üçün faydalıdır. Belə xidmətlər sayəsində şəhərlər tıxaclar və şəhər mərkəzinin avtomobillərlə sıxlığı kimi bir sıra problemlərdən xilas ola bilər. Biz xidmətin coğrafiyasının genişləndirilməsinə, eləcə də həm istifadəçilər, həm də sürücülər üçün göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə böyük diqqət yetiririk. Gələn il də biz bu istiqamətdə işimizi davam etdirəcəyik» - deyə Bolt Azərbaycanın səfər sifarişləri üzrə şöbə rəisi Naim Əzizov bildirib.