«Bolt Food» Azərbaycanda 2022-ci ilin yekunlarını açıqlayıb.
Azərbaycanda Bolt sürücüsünə 267 manat bəxşiş verilib - 1 nəfər il ərzində 1755 dəfə istifadə edib
Şirkətdən FED.az-a verilən məlumata görə, Azərbaycanda «Bolt Food»la ən çox daşınan yemək lavaşda şaurma olub – bu yemək il ərzində 96 min dəfə sifariş edilib. 2022-ci ildə bir çekdə – yəni bir kuryerin daşıdığı maksimal yemək sayı 37 adda yemək olub.
2022-ci ildə «Bolt Food»la yemək yemək sifarişi üçün ən məşhur gün 2 sentyabr olub. Ən məşhur yemək, yəni lavaşda şaurma 96 270 dəfə sifariş edilib.
Bu ilin məlumat statistikası barədə daha bir neçə maraqlı fakt:
● ən məşhur yemək - lavaşda şaurmadır;
● 2022-ci ildə bir çekdə maksimal yemək sayı 37 adda yemək olmuşdur;
● Bu il Bolt Food Azərbaycan istifadəçiləri arasında yemək sifarişi üçün ən məşhur gün 2 sentyabr olub;
● Ən məşhur yemək il ərzində 96 270 dəfə sifariş edilib.
2022-ci ildə «Bolt Food» xidməti Gəncə şəhərində fəaliyyətə başlayıb, «Bolt Food» tətbiqində həmçinin "Kuryerə bəxşiş qoymaq" funksiyası da əlavə olunub.
2022-ci ildə Bolt Food beynəlxalq KFC zənciri ilə əməkdaşlığa başladı. Bundan əlavə, şirkət tətbiqdə Magazalar düyməsini təqdim edib ki, istifadəçilər yerləşdikləri yerin yaxınlığında sevimli mağazaları asanlıqla tapa bilsinlər. «Biz restoranlarla çoxlu danışıqlar aparmışıq və yeni müəssisələri bu xidmətə qoşmağa davam edirik», - deyə Bolt Food Azərbaycan qida çatdırılması istiqamətinin rəhbəri Qədim Vəliyev bildirib.
Bolt şirkəti haqqında məlumat
Bolt 45 ölkədə, o cümlədən Avropa və Afrikanın 400-dən çox şəhərində 100 milyon insan tərəfindən istifadə edilən Avropa multitətbiqidir. Şirkət öz istifadəçilərinə daha yaxşı alternativlər təklif etməklə şəxsi avtomobillərdən ortaq mobillik xidmətlərinə keçidi sürətləndirməyə çalışır. Boltun xidmətlər silsiləsinə səfərlərin sifarişi, karşerinq, elektrikli skuterlərin icarəsi, qida və məhsulların çatdırılması daxildir.
Hazırda səfərlərin sifarişi xidməti olan Bolt Azərbaycanın yeddi şəhərində fəaliyyət göstərir, həmin şəhərlər bunlardır: Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt və Şəki.