Almaniya 2023-cü ilin fevral ayında Azərbaycana mal idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə - 46,658 milyon avroya qədər artırıb.
Azərbaycana avtomobil idxalı kəskin bahalaşıb - SİYAHI
Xaricdən gətirilən elektromobilə görə – NƏ QƏDƏR GÖMRÜK VERGİ VƏ RÜSUMU TUTULUR? – İZAHAT, MİSAL
FED.az xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsi (Destatis) bildirir.
Statistik məlumatlara görə, Almaniya Azərbaycana 12,736 milyon avro dəyərində (artım 2,3 dəfə) yerüstü nəqliyyat vasitələri, 7,21 milyon avro dəyərində (artım 1,5 dəfə) avadanlıq və mexaniki cihazlar, 5,085 milyon avro dəyərində (artım 1,9 dəfə) əczaçılıq məhsulları, 3,083 milyon avro dəyərində (artım 33,8%) optik, fotoqrafik aparat və alətlər, 2,604 milyon avro dəyərində (artım 3,1 dəfə) efir yağları, ətriyyat və kosmetik vasitələr ixrac edib. (İnterfaks-Azərbaycan)