2023-cü ilin ilk rübündə (yanvar-mart) Azərbaycana 314 milyon 994 min dollar dəyərində 20 min 799 ədəd nəqliyyat vasitəsi (avtomobil) idxal edilib.
Xaricdən gətirilən elektromobilə görə – NƏ QƏDƏR GÖMRÜK VERGİ VƏ RÜSUMU TUTULUR? – İZAHAT, MİSAL
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin idxalı 2022-ci ilin ilk rübü ilə müqayisədə dəyər ifadəsində 125 milyon 640 min dollar və ya təxminən 1,7 dəfə (66%), miqdar ifadəsində isə 3 min 697 ədəd və ya 21,6% artıb.
2022-ci ilin ilk rübündə Azərbaycana 189 milyon 354 min dollar dəyərində 17 min 102 ədəd nəqliyyat vasitələri idxal edilmişdi.
Ötən ilin ilk rübündə minik avtomobillərinin idxalı 15 min 934 ədəd ikən, 2023-cü ilin ilk rübündə 19 min 264 ədəd təşkil edib.
2023-cü ilin ilk 3 ayında Azərbaycana 3 min 47 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid), 408 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib. Ötən ilin ilk ayında bu saylar müvafiq olaraq 3 min 140 ədəd və 70 ədəd idi. (Marja)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az