Azərbaycanda nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılır.
FED.az-ın xəbərinə görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.
Eləcə də bax: Texniki baxış polisdən alınıb, özəl - ŞİRKƏTLƏRƏ VERİLİR?
Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 30 manat müəyyən edilib. Hazırda bu rüsum 20 manatdır.
Report