FED.az TENDER xəbər verir ki, Yevlax Suvarma Sistemləri İdarəsi 2019-cu ildə təmir işləri üçün inşaat materialları və torpaqqazan mexanizmlərə, mexaniki və elektrik avadanlıqlarına, avtomaşınlara ehtiyat hissələrinin satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR
Tender 2 lot üzrə keçirilir.
Lot-1. Əsaslı və cari təmir işləri üçün inşaat materiallarının satınalınması.
Lot-2. Torpaqqazan mexanizmlərə, mexaniki və elektrik avadanlıqlarına, avtomaşınlara ehtiyat hissələrinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq göstərilən lotlar üzrə təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat bağlamada yazılı təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti. Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tender təkliflərinin qiymətləndirilməsi və müqayisə edilməsi bal sistemi ilə həyata keçiriləcəkdir.
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs- Mikayılov Ariz Akif oğlu, telefon -055-476-44-96.
Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra göstərilən ünvandan ala bilərlər. Yevlax rayonu, Aran qəsəbəsi, Yevlax Suvarma Sistemləri İdarəsi.
İştirak haqqı Lot-1- 55 manat, Lot-2 isə 45 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
KOD: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
SWIFT BIK: CTREAZ-22
Təşkilat: Yevlax Suvarma Sistemləri İdarəsi
VÖEN: 2200071801
“Azərbaycan Beynalxalq Bankı” ASC
Hh: AZ91CTRE000 00000000002355001
İnzibati təsnifat kodu -142340
Büdcə səviyyə kodu – 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-iddiaçıların tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;
-iddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında məlumat;
-işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
-tender təkliflərinin təminatı (vergilərə və digər icbari ödənişlərə dair borcların olub-olmaması barədə arayış);
-tender təklifi zərflərin açıldığı tarixdən 30 bank günü qüvvədə olmalıdır.
Tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra 60 bank günü qüvvədə olmalıdır).
İddiaçılar tələb olunan sənədləri möhürlü zərflərdə 30 yanvar 2019-cu il saat 17.00-a kimi Yevlax Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər. Bu tarixdən gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçılar tender təklifi və bank zəmanətini 12 fevral 2019-cu il saat 17.00-a kimi təqdim etməlidirlər.
Təklif zərfləri 13 fevral 2019-cu il saat 11.00-da Yevlax Suvarma Sistemləri İdarəsində açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Yevlax Suvarma Sistemləri İdarəsi ehtiyat hissələri alır – TENDER ELANI
12:12
4 Dek 2018