Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ucar rayonunun Ucar–Alpout–Lək–Qazyan–Qarabörk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
FED.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, otuz altı min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ucar–Alpout–Lək–Qazyan–Qarabörk avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
ELƏCƏ DƏ BAX: Prezident Qobustanda yol tikintisinə 6,4 milyon manat ayırdı – SƏRƏNCAM
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.