Aran iqtisadi rayonu

Cəmi 30 sot bağı var, xaricə məhsul göndərir

Cəmi 30 sot bağı var, xaricə məhsul göndərir | FED.az
08:58 2 Noy 2018

Ağdaş rayonunun Ləki kənd sakini Baqi Şıxməmmədov uzun illərdir ki, bağçılıqla məşğuldur və fərdi təsərrüfatında heyva yetişdirir.

Ağdaş torpağının heyva ağacı üçün əlverişli olduğunu bildirən B.Şıxməmmədov bildirib ki, hər ilin payızında, bu meyvənin yetişdiyi oktyabr ayında müxtəlif yerlərdən sifarişlər alır və məhsulu yerli bazarla yanaşı, xarici bazarlara, xüsusən Rusiyaya da göndərir.

Fermer bildirir ki, heyva insan orqanizmi, sağlamlığı, xüsusilə ürək  və mədə-bağırsaq sistemi üçün böyük faydalara malikdir, amma bundan çox adam məlumatsızdır. Heyva qədim zamanlardan kosmetologiyada da istifadə edilib.

Hazırda B.Şıxməmmədovun 30 sot bağı var və onu genişləndirməyi nəzərdə tutur.

Qeyd edək ki, heyvaçılıq Ağdaş rayonunda gəlirli sahə hesab olunur.

Heyvaçılıq rayonun Orta Ləki, Aşağı Cardam, Güvəkənd, Yenikənd kəndlərində əhalinin əsas gəlir mənbəyi sayılır. Kəndlilər heyvanın 15 sortunu (“Bəhram”, “Cardam”, “Kamil”, “Əppək”, “Armudu”, “İyli”, “Almalı”, “Bardaq” və s.) yetişdirirlər.

İnsan sağlamlığı üçün xeyirli meyvə olan heyva ağacının yarpağından, çiçəyindən, meyvəsindən və çəyirdəyindən 10-a yaxın xəstəliyin müalicəsində istifadə edilir.





Digər xəbərlər