Aran iqtisadi rayonu

“Az-Nar”ın ləğv olunması üçün - SƏHMDARLARI TOPLANIR

“Az-Nar”ın ləğv olunması üçün - SƏHMDARLARI TOPLANIR | FED.az
11:01 22 Sen 2018

22 oktyabr 2018-ci il  saat 12.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda Teymur Əhmədov adına “AZNAR” QSC-nin inzibati binasında ləğv prosesində olan “Az-Nar” QSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

FED.az xəbər verir ki, növbədənkənar ümumi yığıncağın gündəliyində  aşağdakı məsəllər olacaq.

1) Ləğv prosesində olan “Az-Nar” QSC-nin ləğvi haqqında.

2) Ləğv prosesində olan “Az-Nar” QSC-nin ləğvi ilə bağlı yekun sənədlərin təsdiqi haqqında.

3) Ləğv prosesində olan “Az-Nar” QSC-nin ləğv edilməsi ilə bağlı qanunamüvafiq tədbirlərin həyata keçirilməsi haqqında.

Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş  bütün məsələlər üzrə  müvafiq materiallarla Teymur Əhmədov adına “AZNAR” QSC-nin inzibati binasında tanış olmaq hüququna malikdirlər.

Növbədənkənar ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiqləyən etibarnamə təqdim etməlidirlər.

Əlaqə telefonu: (2027) 4-05-17.
Ünvan:  AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi  120.
Ləğv prosesində olan “Az-Nar” QSC-nin təsviyəçisi 
Asif Əhmədov

 

 

 

Digər xəbərlər