Banner
Banner
Fed.az
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
    • Supermarket
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Vergilər

  1. Ana səhifə
  2. Vergilər
  1. Vergilər

“Yerli istehsalın təşviqi ilə bağlı vergi tənzimləmələri həyata keçiriləcək” - MÜSAHİBƏ

“Yerli istehsalın təşviqi ilə bağlı vergi tənzimləmələri həyata keçiriləcək” - MÜSAHİBƏ | FED.az
15:25 11 Fev 2022

FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın müsahibəsini təqdim edir:

Eləcə də bax: "Vergi yoxlamalarının sayı azalsa da, vergi məbləği 4 dəfə artıb"

- Samirə xanım, beynəlxalq təşkilatlar tez-tez ölkəmizdə həyata keçirilən islahatlarla bağlı qiymətləndirmə hesabatı açıqlayır. Əksər təşkilatların hesabatlarında Azərbaycanda vergi sahəsində həyata keçirlən islahatlar yüksək qiymətləndirilir. Post-müharibə və post-pandemiya dövrünü nəzərə alaraq iqtisadi artımın əsas amili kimi vergi islahatlarının daha da dərinləşməsinə ehtiyac varmı?

- Bildiyiniz kimi, vergi iqtisadiyyatın tənzimlənməsinin mühüm alətlərindən biridir və vergi sahəsində aparılan islahatlar, ölkədə həyata keçirilən islahatların mühüm tərkib hissəsidir. Vergi sistemində aparılan islahatlar iqtisadi siyasəti dəstəkləyir və onun vergi yolu ilə tənzimlənməsini həyata keçirir.

Ortamüddətli dövrdə vergi islahatlarından danışarkən, bunun əsasları, ilk növbədə, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə söykənir. Bildiyiniz kimi, milli pioritetlərin 5 əsas istiqamətlərindən biri dayanıqlı, artan rəqabətli iqtisadiyyatın təmin edilməsidir. Həm bu prioritet, həm də sosial-iqtisadi inkişafın digər prioritetləri, o cümlədən rəqabətli insan kapitalı və müasir innovasiyalar, yaxud təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi və s. məsələlər də bu və ya digər formada vergi tənzimlənməsini tələb edir.

Ortamüddətli dövrdə aparılacaq vergi islahatlarının istiqamətlərini müəyyən edən məhz həmin prioritetlər olacaq. Bu gün hökumətin üzvü kimi İqtisadiyyat Nazirliyi və Dövlət Vergi Xidməti də həmin milli prioritetlərdən irəli gələn ortamüddətli dövrün tədbirlər planlarını, islahat istiqamətlərini müəyyənləşdirirlər. Beləliklə, ortamüddətli dövrdə baxış nədən ibarətdir?

Sizə də bəllidir ki, postmüharibə və postpandemiya dövrü olmasına baxmayaraq, ümumi iqtisadi dinamika, iqtisadi göstəricilər müsbətdir. Ümumi daxili məhsulun (ÜDM) artım tempi müsbətdir - 2021-ci ildə ÜDM 5,6 % artıb. Qeyri-neft sektorunda artım göstəricisi 7,2 %-ə bərabərdir. Təbii ki, bu artıma təsir edən bir çox səbəblər var. Bu, həm iqtisadiyyatın şəffaflaşması, həm sənayenin inkişafı - bütövlükdə iqtisadiyyatın diversifikasiyası nəticəsində mümkün olub. Təbii ki, bu da öz növbəsində, ortamüddətli dövrdə də ÜDM-in artım tempinə uyğunlaşan bir vergi siyasətinin həyata keçirilməsini tələb edir.

- Əsas hədəflər nədir?

- Bunlardan birincisi, idxal məhsullarının yerli istehsal məhsulları ilə əvəzlənməsi, sənayeləşmənin daha da inkişafı üçün effektiv vergi tənzimlənmələrinin həyata keçirilməsidir. Mütəmadi aparılan təhlillər ölkənin hansı məhsullarının idxalından asılılığının mövcudluğunu və həmin məhsulların ölkədə istehsalının həcminin artırılması üçün nə kimi iqtisadi təşviq alətlərinə ehtiyac olduğunu müəyyən edir. Bu tənzimləmə alətlərindən biri də vergi təşviqləri olduğuna görə, qarşıdakı dövrdə yerli istehsalın təşviqi ilə bağlı vergi tənzimləmələri həyata keçiriləcək.

Maliyyə və kapital bazarlarının inkişafının da vergi yolu ilə tənzimlənməsi və təşviqi nəzərdə tutulur. Maliyyə və kapital bazarları nə qədər çox inkişaf etsə, bir o qədər real sektorun inkişafına dəstək verə bilir. Ona görə də ölkəmizdə müasir maliyyə alətlərinin inkişafı üçün vergi təşviqlərinin, vergi tənzimləmələrinin verilməsi də nəzərdə tutulur.

İşğaldan azad olunmuş ərazilərdə, həm də iqlim şəraiti nəzərə alınmaqla Azərbaycanın turizm potensialı olan regionlarında turizmin inkişafı, bu sektorun sabit xərclərinin azaldılması və bunun vergi yolu ilə tənzimlənməsi vergi islahatlarında daha bir istiqamət olacaqdır.

Son bir neçə ildə həyata keçirilən islahatların ayrılmaz tərkib hissəsi, bəlkə də aparıcı istiqaməti “kölgə iqtisadiyyatı”nın azaldılması ilə bağlı həyata keçirilən tədbirlərdir. “Kölgə iqtisadiyyatı” ilə mübarizə bir ildə həyata keçirilən və növbəti ildə yekunlaşan bir proses deyil. Hər il vergi qanunvericiliyində də, vergi inzibatçılığında da aparılan bütün islahatlarda şəffaflaşmanın artırılması və haqsız rəqabətin qarşısını almaq məqsədi daşıyan təkmilləşdirmələr aparılır ki, bunların da əsas hədəfi “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, qanunsuz sahibkarlıqla mübarizənin genişləndirilməsidir. Bu tədbirlər isə yalnız cəza siyasəti, yaxud müxtəlif sanksiyaların artırılmasını nəzərdə tutmur. Burada daha çox rəqəmsallaşma, üçüncü şəxslərdən, yəni ayrı-ayrı subyektlərdən məlumatların toplanması, onların keyfiyyətli rəqəmsal emal olunması yolu ilə mümkün qədər vergidən yayınmaların, vergilərin minimallaşmasının qarşısını alınması ilə bağlı tədbirlərdir. Bunlarla yanaşı, ciddi inzibatçılıq islahatları ilə bağlı da tədbirlər planı işlənib hazırlanıb.

Müşahidələr göstərir ki, bu gün mikro və kiçik sahibkarlıq sahəsində vergidən yayınma halları bəzən bilərəkdən yox, daha çox qanunları kifayət qədər bilməmək, əməletmə ilə bağlı prosedurları tam icra edə bilməmək və s. məsələlərdən yaranır. Burada maliyyə savadlılığı məsələsi, yaxud bir sıra məlumatlara çıxış imkanı ilə bağlı şərtləri səbəb kimi göstərmək mümkündür. Bütün bunları nəzərə alaraq, mikro və kiçik sahibkarların vergi öhdəliklərini mobil tətbiqlər, yəni sadə mobil əlavələr vasitəsi ilə icra etməsi üçün müəyyən hazırlıq işləri aparılır. Hesab edirik ki, yaxın zamanlarda biz bu sahədə də yeni təşəbbüslərin reallaşmasını görəcəyik.

Ölkədə aparılan iqtisadi siyasət, iqtisadi prioritetlər əsas götürülməklə yanaşı, vergi sahəsində beynəlxalq tendensiyalar da diqqət mərkəzindədir. Çünki, iqtisadiyyat təcrid olunmuş şəkildə mövcud ola bilməz. Bu baxımdan transmilli şirkətlərin dünyanın ayrı-ayrı yerlərində vergilərin ödənilməsi, vergidən yayınmanın, verginin bir ölkədən digərinə daşınmasının qarşısının alınması ilə bağlı beynəlxalq təcrübə araşdırılır. Bu sahədə tətbiq olunan müasir alətlərin milli vergi qanunvericiliyində öz əksini tapması bundan sonra da təmin olunacaq.

Vergi islahatları ilə bağlı daha qlobal məsələlərə toxunsaq, bu istiqamətdə daha bir məsələni qeyd etmək istərdim. Əgər bu günə qədər hər hansı vergi ödəyicisi tərəfindən bu və ya digər səbəbdən vergitutma obyektləri, təsərrüfat subyektləri, əmlakların gizlədilməsi halları mövcud olubsa, dövlət ortamüddətli dövr ərzində əmlak və kapital amnistiyası verməklə uçotdan yayındırılmış, gizlədilmiş aktivlərin və əmlakların bəyan edilməsinə şərait yaradacaq islahatları da nəzərdən keçirir.

Bu kapitalın amnistiya prosesindən keçməklə şəffaflaşdırılması, uçotdan gizlədilmiş əmlakların bəyan edilməsi üçün dövlətin amnistiya və bir sıra dövlət təminatlarını verməsi və növbəti dövrdə leqal iqtisadiyyatın həcminin artırılması ilə bağlı hədəflərimiz mövcuddur.

Qısacası, başlıca istiqamətlər bundan ibarətdir ki, vergi islahatları ümumi iqtisadi prioritetlərlə uyğunlaşaraq qeyri-neft sahəsində, xüsusilə sənayedə yerli istehsalın həcminin artırılmasına və yeni iş yerlərinin yaradılmasına xidmət edəcəkdir.

- Son illərdə demək olar ki, hər il Vergi Məcəlləsinə hansısa əlavə dəyişikliklər edilir. Hər il baş tutan dəyişikliklər əvəzinə yeni Vergi Məcəlləsi hazırlayaraq ondan uzunmüddət istifadə mümkündürmü?

- Qaldırılan məsələ o baxından ədalətlidir ki, hər bir sahibkar qoyduğu investisiya üzrə müəyyən bir təminatlar istəyir və həmin təminatlardan bəlkə də ən başlıcası ondan ibarətdir ki, investisiyalar qoyulan zaman mövcud olan vergi öhdəlikləri, vergi riskləri sonradan artırılmış olmasın.

Lakin gəlin son illərin vergi islahatlarına diqqət yetirək.

Ümumdünya Səhiyyə Təşkilatının, beynəlxalq təşkilatların tövsiyyə və tələbləri nəzərə alınmaqla alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə aksiz dərəcələrinin artırılması siyasəti gedir və bu davam etdiriləcək. Son illərin vergi islahatlarını müşahidə etsəniz, bəzi aksizli mallar üzrə aksiz dərəcəsinin artırılması istisna olmaqla, qalan dəyikliklərin sahibkarın xeyrinə edildiyinin şahidi olarsınız. Dövlət iqtisadi prioritetləri müəyyən edir və yeni bir sahayə investisiya qoyuluşunu təşviq etmək üçün yeni güşətlər və müasir təşviq alətləri verir. Yaxud bir sıra dəyişikliklər sahibkarın daha az vergi nəzarəti və vergi yoxlaması ilə əhatə edilməsinə xidmət edir. Məsələn, bügünkü texniki infrastrukturumuz imkan verir ki, vergi orqanları bir sıra hesabatları tələb etməsin, yaxud bəzi nəzarət tədbirləri mexanizmini məhdudlaşdıraq.

Bu imkanlarımız artdıqca biz ilkin uçot sənədlərinin, bu günə qədər verilən hesabatların sayını azaldırıq, yaxud inzibatçılığı sadələşdiririk. Elektronlaşma tələbini qoyuruq. Yəni, son illərin bütün islahatları vergi yükünün artırılması, inzibatçılığın gücləndirilməsinə yox, əksinə innovasiyaların daha geniş tətbiqi ilə bu günə qədər təqdim olunan sənədlərin elektron qaydada təqdim edilməsi, dövlətin sənayeləşmə və investisiyaların cəlb edilməsi siyasətini dəstəkləyən vergi təşviqlərinin verilməsinə hesablanıb. Bu siyahıda sənaye parklarına və texnoparklarına, kiçik orta biznesin klaster şirkətinə, onların iştirakçı şirkətinə, startaplara vergi güzəştlərinin, mikrosahibkarlığa 75 %-lik güzəştin verilməsi və s. məsələlər var.

Bir daha təkrar edirəm ki, sahibkarların qanuna edilən mütəmadi dəyişikliklərlə bağlı narahatlığını anlayırıq. Çünki investor istəyir ki, qanun bəlli və sabit olsun, növbəti 3-5 illik biznes planını müəyyən etməsi üçün gözlənilməz yeniliklərə səbəb olmasın. Amma, bu investoru narahat edəcək dəyişiklikdən daha çox, hər il onların tələbləri dinlənilməklə və əlavə investisiyaların cəlb edilməsi üçün daha yeni təşviqlər istənilməsi ilə bağlıdır və daha çox inzibatçılığın sadələşməsinə xidmət edir. Məsələn, əgər əvvəllər sahibkarın vəsaitinin və vaxtının sərf olunmasına səbəb olan kağız qaimə fakturalar var idisə, artıq onlar ləğv olunub. Elektron infrastruktur, sahibkarların hazırlıq səviyyəsi və bizim bu məlumatları emal imkanlarımız nəzərə alınmaqla, elektronlaşdırılma həyata keçirilir.

Yeni Vergi Məcəlləsinin hazırlanması müzakirə olunan aktual məsələdir. Burada əsas məqsəd ondan ibarətdir ki, artıq illər ərzində iqtisadiyyatın strukturu dəyişdikcə, innovasiyaların tətbiqi artdıqca, beynəlxalq tendensiyalarda hər il ümumi qəbul edilmiş tənzimləmələrə uyğunlaşma tələb olunduqca, ölkədən transmilli şirkətlər tərəfindən pul vəsaitlərinin çıxarılmasının qarşısının alınması ilə bağlı beynəlxalq modellər təklilləşdirildikcə, onların qanunlara gətirilməsi tövsiyyə olunur. Razıyam ki, bu tip dəyişikliklərin olunması kimi obyektiv məsələləri nəzərə almaqla qanuna çoxsaylı dəyişikliklər olub və bəzən bu səbəbdən sahibkarlara vergi qanunvericiliyi kifayət qədər mürəkkəb gələ bilir. Bu mürəkkəbliyin daha sadə struktura çevrilməsi, daha anlaşılan olması üçün yeni Vergi Məcəlləsinin hazırlanması gündəlikdə olan məsələlərdəndir. Biz sahibkarlardan indiyə qədər aldığımız təklif və tövsiyələrini nəzərə alaraq yeni Vergi Məcəlləsinin hazırlanmasını planlaşdırırıq.

- Azərbaycanda innovativ texnologiyaları ilk tətbiq edən qurumlar sırasında vergi orqanları da var. Bu gün ölkə Prezidentinin göstərişi ilə “IV sənaye inqilabı”nın çağırışlarına cavab vermək və rəqəmsallaşmanı dərinləşdirmək istiqamətində addımlar atılır. Dövlət Vergi Xidməti olaraq daha hansı innovativ yeniliklər planlaşdırırsınız?

- Haqlısınız. Artıq biz həddindən çox yeni çağırışlarla üz-üzəyik. Qeyd etdiyim kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in özündə də müasir innovasiyaların tətbiqi dövlətin müəyyən etdiyi beş əsas prioritetdən biri kimi gödtərilib. Bu yalnız vergi orqanlarının deyil, ölkə iqtisadiyyatının bütün sahələrinə aid olur.

Bir zamanlar rəqəmsallaşma sahəsində ən geniş islahatlar məhz vergi orqanlarında həyata keçirilirdi. Amma bu gün ölkədə bütün dövlət və hökumət orqanlarının göstərdiyi ximdətlər elektronlaşdırılıb. Bu isə bizdən bu sahədə aparılan islahatları daha çevik həyata keçirməyi tələb edir.

Onu da əlavə edim ki, Dövlət Vergi Xidmətində Rəqəsal Transformasiya Şurası mövcuddur və Şuranın gündəliyində həm vergi orqanı ilə sahibkar, həm də bu sferada olan digər tərəflər, o cümlədən dövlət orqanları ilə rəqəmsal məlumat mübadiləsi, bu mübadilədən əldə olunmuş məlumatın rəqəmsal emalı məsələləri müzakirə predmetidir. Təbii ki, bu da mərhələli şəkildə davam edən bir prosesdir.

Ortamüddətli dövr üçün konkret hədəflərimiz var. Peşə bayramımız ərəfəsində “e-taxes.gov.az” portalının yeni versiyası fəaliyyətə başlayacaq. Həmin portal üzərindən bu günə qədər təqdim edilən xidmətlərlə yanaşı sahibkarlara əlavə xidmətlər də göstəriləcək. Həmçinin mövcud xidmətlərin daha sadə və asan interfeys üzərindən həyata keçirilməsi təmin olunacaq. Sahibkarların uyğunlaşması üçün bir müddət köhnə və yeni portal paralel fəaliyyət göstərəcək. Daha sonra isə ancaq yeni portal fəaliyyət göstərəcək. Əminəm ki, “e-taxes.gov.az” portalının yeni forması sahibkarlarımıza daha sadə və asan əməliyyatlar aparmasına şərait yaradan portal olacaq.

Həmçinin bildiyiniz kimi, 2006-cı ildən vergi orqanları öz daxilində də bütün münasibətlər və əlaqələri Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) üzərindən aparır. Yaxın zamanlarda isə “AVİS-2” sistemi fəaliyyətə başlayacaq. Bunun imkanları isə daha geniş olacaq və yeni sistem daha mütərəqqi rəqəmsal həllərə əsaslanan bir elektron platformadır. Belə ki, bu platforma vasitəsi ilə daha çevik və daha çox məlumatların emalı mümkün olacaq. Təbii ki, vergi orqanı məlumatı nə qədər tez və dürüst alsa, bu vergi ödəyicisinin vergi öhdəliklərinin çevik şəkildə müəyyən olunmasına gətirib çıxaracaq.

İqtisadiyyat naziri tərəfindən vergi auditinin keyfiyyət göstəriciləri ilə bağlı bu fikir dəfələrlə səslənib. Baxmayaraq ki, vergi yoxlamalarının sayı 2018-ci illə müqaisədə 4,5 dəfə azalıb, amma bir yoxlamaya düşən vergi daxilolmasının həcmi 4 dəfə artıb. Bu isə onu göstərir ki, biz nə qədər məsafədən çox alınmış məlumatları emal ediriksə, o qədər az yoxlamaya gedirik. Yalnız risklər əsasında müəyyən olunan yoxlamalara gedilir və real risklər üzrə də daha çox vergilər hesablanır. Ona görə də “AVİS-2”nin sahibkarlara faydalı olacağına əminik.

Öncəki sualda da qeyd etdiyim kimi, mikro və kiçik sahibkarlara mobil tətbiqlər vasitəsi ilə bütün vergi öhdəliklərini yerinə yetirmək, bəyannamələri, hesabatlarını vermək, vergiləri ödəmək imkanı yaradılır.

Süni intellektin istifadəsi, iri məlumatların təhlili və idarə edilməsi, əşyaların interneti (IoT), yəni istehsal müəssisələrində müəyyən cihazlar, qurğular vasitəsi ilə məsafədən istehsal həcminin müəyyənləşdirilməsi kimi imkanlar yaradılır. Bu vergi orqanı tərəfindən vergilərin hesablanmasına şərait yaratmaqla yanaşı, dediyim kimi, yoxlamalara daha az ehtiyac yaradacaq.

Beynəlxalq təcrübədə geniş tətbiq olunan vergi bəyannamələrinin öncədən doldurulub vergi ödəyicilərinə təqdim edilməsi alətindən də istifadəyə başlanacaq. Artıq rəqəmsal nəzarət-kassa aparatlarının (NKA) tətbiqi kifayət qədər genişlənib. Bu gün ölkədə 52 mindən çox yeni nəsil rəqəmsal NKA quraşdırılıb. Vergi orqanı birbaşa obyektə getmədən, kassa məlumatlarını çıxarıb oxumadan vergi ödəyicilərinin gündəlik əməliyyatlarının həcmini məsafədən müşahidə edə bilir. 2021-ci ilin göstəricilərinə görə, NKA-lar üzərindən həyata keçirilən dövriyyənin həcmi 1,8 dəfə artıb. Bu o deməkdir ki, bir rəqəmsal alət ödəyicinin qapısını döymədən müvafiq sahədə pərakəndə şəkildə əməliyyatların həcmini bu qədər artırıb.

Bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulan planlardan biri də ondan ibarətdir ki, mobil telefonların həm POS-terminal, həm də nəzarət-kassa aparatı funksiyasını daşıması üçün də müvafiq yeniliklərin tətbiqi ilə bağlı işlər görür. Yəni sahibkar daha az xərc çəkəcək. Daha az cihazla daha çox funksiyaları icra edə biləcək və müvafiq proqram təminatları vasitəsi ilə həyata keçiriləcək.

- İki gün öncə Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bildirmişdi ki, jurnalistlərə və media subyektlərinə vergi güzəştlərinin edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklərin olunması üçün müvafiq qurumlarla müzakirələr aparılır. Müzakirə mövzusu olan məsələlər nədən ibarətdir?

- Bəllidir ki, dövlətin mediaya yanaşması həmişə həssas olub. Dünyanın hər tərəfində mediaya münasibət həssasdır. Vətən müharibəsi dövründə də Azərbaycan mediasının rolu danılmazdır. Tək Dövlət Vergi Xidməti deyil, bütün aidiyyatı dövlət orqanları öz səlahiyətləri daxilində medianın ölkədə inkişafının dəstəklənməsi ilə bağlı müvafiq tədbirlər görür.

“Media haqqında” qanun iki gün öncə qəbul olunub. Amma qanun qəbul olunana qədər də hökumət, aidiyyatı dövlət qurumları medianın problemlərinin öyrənilməsi, təhlil edilməsi, hansı formada dövlət dəstəyi tədbirləri həyata keçirilməsi ilə bağlı ciddi təhlillər aparırdı. İqtisadiyyat Nazirliyində də media nümayəndələri ilə görüşlər keçirilib, bu görüşlərdə onların təklifləri dinlənilib. Medianın maliyyə dayanıqlığını artırmaq, onların daha çox dövriyyə vəsaitlərindən səmərəli istifadəni təmin etmək, həmin vəsaitlərin medianın inkişafına yönəldilməsi üçün vergi təşviqlərinə də ehtiyac olduğu bildirilib.

İlkin olaraq Dövlət Vergi Xidməti tərəfindən Medianın İnkişafı Agentliyi ilə birlikdə müəyyən təkliflər hazırlanıb və formalaşdırılıb. Təbii ki, qanun qəbul olunmadan dəyişikliklərin tam dairəsinin elan olunması düzgün deyil, amma onu deyə bilərik ki, dəyişiklik istiqamətləri medianın məhz media ilə bağlı fəaliyyətdən əldə etdiyi gəlirlərə və mənfəətə müddətli güzəşt və azadolmaların verilməsi, media qurumları tərəfindən təqdim olunan məhsullar üzrə Əlavə Dəyər Vergisi (ƏDV) ilə bağlı vergi güzəştlərinin tətbiq olunması ilə bağlıdır.

Hazırda bu qanun layihəsi Medianın İnkişafı Agentliyi tərəfindən Nazirlər Kabineti vasitəsi ilə hökumətə təqdim olunub. Hökumət də bu layihəni rəy bildirilməsi üçün İqtisaidyyat Nazirliyi də daxil olmaqla aidiyyatı qurumlara göndərib. Bütövlükdə Dövlət Vergi Xidməti mediaya vergi güzəştlərinin təşviqlərinin verilməsini dəstəkləyir.

- Sonda Sizi və Sizin timsalınızda bütün vergi işçilərini bugünkü peşə bayramı mnüasibəti ilə təbrik edirik.

- Təşəkkür edirəm. Mən də bütün Dövlət Vergi Xidməti orqanı əməkdaşlarını “11 fevral - vergi xidməti işçilərinin peşə bayramı” münasibəti ilə təbrik edirəm. Onların hər birinə çətin, şərəfli və məsuliyyətli peşlələrində uğurlar arzu edirəm.

Müsahibə üçün təşəkkür edirik.

Banner
Banner
  • Yerli
  • istehsal
  • təşviq
  • vergi
  • tənzimləmələr
  • Samirə Musayeva
Paylaş

Digər xəbərlər

Uçotda olmayan malların satışı - HANSI RİSKLƏR YARADIR?
Vergilər 4 Dek 2023
Uçotda olmayan malların satışı - HANSI RİSKLƏR YARADIR?
Yaşadığı torpağın və evin sənədi olmasa da, 246 manat - VERGİ BORCU GƏLDİ - VİDEO
Vergilər 2 Dek 2023
Yaşadığı torpağın və evin sənədi olmasa da, 246 manat - VERGİ BORCU GƏLDİ - VİDEO
Vergi Məcəlləsində sahibkarları - ƏN ÇOX ƏSƏBİLƏŞDİRƏN MADDƏ DƏYİŞİR 
Vergilər 1 Dek 2023
Vergi Məcəlləsində sahibkarları - ƏN ÇOX ƏSƏBİLƏŞDİRƏN MADDƏ DƏYİŞİR 
"Vergilərin 96 %-i könüllü ödənilir"
Vergilər 29 Noy 2023
"Vergilərin 96 %-i könüllü ödənilir"
Hesabatın vaxtında təqdim olunmamasına görə - MALİYYƏ SANKSİYASI
Vergilər 28 Noy 2023
Hesabatın vaxtında təqdim olunmamasına görə - MALİYYƏ SANKSİYASI
Elektron ticarət aparan qeyri-rezidentlər üçün yeni qaydalar - VİDEO
Vergilər 27 Noy 2023
Elektron ticarət aparan qeyri-rezidentlər üçün yeni qaydalar - VİDEO
Hansı hallarda sahibkar - RİSKLİ VERGİ ÖDƏYİCİSİ SAYILIR?
Vergilər 27 Noy 2023
Hansı hallarda sahibkar - RİSKLİ VERGİ ÖDƏYİCİSİ SAYILIR?
Azərbaycanda riskli vergi ödəyiciləri hüquqi şəxs - Təsis Edə Blməyəcək
Vergilər 27 Noy 2023
Azərbaycanda riskli vergi ödəyiciləri hüquqi şəxs - Təsis Edə Blməyəcək
Əməkhaqqı və kompensasiyalardan vergilər - NECƏ HESABLANIR?
Vergilər 27 Noy 2023
Əməkhaqqı və kompensasiyalardan vergilər - NECƏ HESABLANIR?
İşçilərə ödənilən mükafatlar hansı hallarda əməkhaqqına daxil edilir?
Vergilər 23 Noy 2023
İşçilərə ödənilən mükafatlar hansı hallarda əməkhaqqına daxil edilir?
Muzdlu işçilərin - VERGİ ÖHDƏLİYİ
Vergilər 22 Noy 2023
Muzdlu işçilərin - VERGİ ÖHDƏLİYİ
Tibb sahəsində ƏDV-nin hesablanması qaydası dəyişir
Vergilər 21 Noy 2023
Tibb sahəsində ƏDV-nin hesablanması qaydası dəyişir
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • “Körpü-Bina-Tikinti” MMC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    14:15 4 Dek 2023
  • Azərbaycanda kartof və şəkər çuğundurunun məhsuldarlığı - AZALACAQ
    14:14 4 Dek 2023
  • SOCAR yarım ildə 6 milyard manata yaxın – BORC QAYTARIB – RƏQƏMLƏR
    13:47 4 Dek 2023
  • Neft Fondunun valyuta satışı - 42 FAİZDƏN ÇOX AZALIB
    13:17 4 Dek 2023
  • Prezident yol tikintisinə 17 milyon manat ayırdı - SƏRƏNCAM
    13:14 4 Dek 2023
  • FHN sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib - VİDEO
    13:04 4 Dek 2023
  • Sabahın hava proqnozu - AÇIQLANDI
    12:58 4 Dek 2023
  • Mərkəzi Bank Meqa Sığortanı - SEÇDİ
    12:54 4 Dek 2023
  • SOCAR yeni tankerin tikintisi ilə bağlı - MÜQAVİLƏ İMZALAYIB
    12:49 4 Dek 2023
  • SOCAR yarım ildə 1,4 milyard manat - MƏNFƏƏT ƏLDƏ EDİB - HESABAT AÇIQLANDI
    12:41 4 Dek 2023
  • Sahibkarlığın İnkişafı Fondu 10 ayda Naxçıvanda 1,4 milyon manatdan çox güzəştli kredit verib
    12:40 4 Dek 2023
  • SOCAR yarım ildə 42 milyard manat - GƏLİR ƏLDƏ EDİB - HESABAT AÇIQLANDI
    12:31 4 Dek 2023
  • Azərbaycanda turizm işçilərinin 80 %-dən çoxu bu sahədə təhsili vacib saymır
    12:26 4 Dek 2023
  • Ziraat Bank Azərbaycan Bankkart ilə kredit və debet kartlarını - TƏK KARTDA BİRLƏŞDİRDİ!
    12:20 4 Dek 2023
  • Azərbaycana on ayda gələnlərin əksəriyyətinin səfər müddəti 1-3 gecəlik olub
    12:16 4 Dek 2023
  • Azərbaycanda təsərrüfatların 80 faizi quraq və yarımquraq ərazidədir
    12:09 4 Dek 2023
  • “AzInTelecom” mobil cihazların qeydiyyat rüsumunun azaldılması ilə bağlı qanuna dəyişikliyin icrasına başlayır - MƏBLƏĞLƏR
    12:00 4 Dek 2023
  • İstanbulda hiss edilən - ZƏLZƏLƏ OLDU
    11:54 4 Dek 2023
  • Nazir agentliyə yeni sədr - TƏYİN ETDİ
    11:49 4 Dek 2023
  • Göygöldə 3,4 milyon manata məktəb tikəcək şirkətin adı - MƏLUM OLDU
    11:48 4 Dek 2023
  • Türyançay sağ sahil kanalının yenidən qurulmasına 17.5 milyon manat xərclənəcək
    11:41 4 Dek 2023
  • Hətta telefon olmadıqda belə məlumat göndərmək mümkün oldu - Bu necə mümkündür? - FOTO - VİDEO
    11:39 4 Dek 2023
  • Türkiyədə illik inflyasiya - 62%-Ə ÇATDI
    11:35 4 Dek 2023
  • AccessBank server avadanlığı və sistemləri üçün komponentlər alır - TENDER ELANI
    11:28 4 Dek 2023
  • Qusarda 3,3 milyon manata məktəb tikiləcək - QALİB ŞİRKƏT
    11:23 4 Dek 2023
  • Azərbaycan artıq öz istehsalı olan minatəmizləyən maşınlardan istifadə edir - RƏSMİ
    11:20 4 Dek 2023
  • "Fresh Catering" MMC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    11:13 4 Dek 2023
  • Kibercinayətlər - REAL TƏHLÜKƏLƏR VƏ SIĞORTANIN ARTAN ROLU
    11:11 4 Dek 2023
  • “Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də - FOTOLAR
    10:57 4 Dek 2023
  • Azərbaycana səfər edən qadın turistlərin sayı 74% artıb
    10:50 4 Dek 2023
  • Birjalarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR
    10:50 4 Dek 2023
  • "Azərbaycanda yeni təhsil standartları hazırlanacaq"
    10:42 4 Dek 2023
  • Dövlət qurumunda 4,5 milyon manatlıq sifariş - ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
    10:41 4 Dek 2023
  • "Qarabağ Universitetində turizmlə bağlı da ixtisaslar olacaq"
    10:35 4 Dek 2023
  • “Yüksəl Lizinq” MMC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    10:33 4 Dek 2023
  • Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"
    10:28 4 Dek 2023
  • Məcnun Məmmədov sahibkarlarla görüşüb - FOTO
    10:22 4 Dek 2023
  • Bərdədə yaşayış binalarının tikintisinə 4,5 milyon manat xərclənəcək - TENDER NƏTİCƏSİ
    10:20 4 Dek 2023
  • Gələn il Qarabağda 65 min hektar sahə - MİNALARDAN TƏMİZLƏNƏCƏK
    10:15 4 Dek 2023
  • “Tunar Mobiliya” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    10:13 4 Dek 2023
  • Uçotda olmayan malların satışı - HANSI RİSKLƏR YARADIR?
    10:07 4 Dek 2023
  • Azərbaycan gələn ay İspaniyada beynəlxalq turizm sərgisində - İŞTİRAK EDƏCƏK
    10:02 4 Dek 2023
  • Sumqayıtda mənzil bazarında qiymət artımının səbəbi nədir? - VİDEO
    09:57 4 Dek 2023
  • Dövlət agentliyi daşınma xidmətləri üçün - TENDER ELAN EDİR
    09:55 4 Dek 2023
  • Azərbaycanın daha bir şəhərində güzəştli evlərin - TİKİNTİSİ BAŞLAYIR
    09:45 4 Dek 2023
  • Bəzi fermerlərə güzəştlər ediləcək - VİDEO
    09:44 4 Dek 2023
  • Qızılın qiyməti 2100 dolları keçdi - SON QİYMƏT
    09:39 4 Dek 2023
  • Cəlilabadda xəstəxana tikintisinə 4,4 milyon manat - SƏRF OLUNACAQ - QALİB
    09:34 4 Dek 2023
  • Neft ucuzlaşıb - SON QİYMƏT
    09:30 4 Dek 2023
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    09:28 4 Dek 2023
  • Dövlət agentliyi 9 ədəd avtomobil alır - TENDER ELANI
    09:26 4 Dek 2023
  • Avropa ölkələri 9 ayda Azərbaycandan 31 milyon avroluq fındıq - İDXAL EDİB
    09:23 4 Dek 2023
  • Bitkoin 40 min dolları keçdi - YENİ QİYMƏT
    09:20 4 Dek 2023
  • İran Naxçıvana yeni Baş konsul - TƏYİN EDİB
    09:16 4 Dek 2023
  • Azərbaycana 10 ayda gələn turistlərin əksəriyyəti 36-45 yaş aralığında olanlardır
    09:14 4 Dek 2023
  • “Bakı Mərmər Qranit” şirkətinin özəlləşdirilməsi planlaşdırılır
    09:13 4 Dek 2023
  • Uşaq bezi və salfet kağızı istehsalı kompleksi - SATIŞA ÇIXARILIR
    09:02 4 Dek 2023
  • Cəbrayılda tikinti işləri ilə bağlı – BÖYÜK TENDER ELANI
    09:00 4 Dek 2023
  • “Xaliq Faiqoğlu Şirkəti” MMC - MƏHKƏMƏYƏ VERİLDİ
    08:52 4 Dek 2023
  • Azərittifaqın Bakı Avtobazası - LƏĞV OLUNUR
    08:46 4 Dek 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • .....
  • .....
  • Daşınmaz əmlak və ev elanları
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!

Dövlət istiqrazları 1 il - 7.93▲0.03% Dövlət istiqrazları 2 il - 8.02▼-0.20% Dövlət istiqrazları 3 il - 8.35▲0.03% Dövlət istiqrazları 5 il - 9.69▲0.97% Dövlət istiqrazları 7 il - 7.57▲1.10% NOT (7 gün) - 7.62●0.00% NOT (28 gün) - 7.86▼-0.17% NOT (84 gün) - 8.15▼-0.02% NOT (168 gün) - 7.67▼-0.01% NOT (252 gün) - 7.82▼-0.02% BOKT Embafinans QSC - 10.50▼-0.50% AzerGold - 3.35▼-0.03% ARMB (NOT) Repo - 7.59●0.00% 1D AINAao - 6.50▼-0.90% 1D AINAib - 8.40▲0.10% 1W AINAao - 5.73▼-1.51% 1W AINAib - 6.00●0.00% 2W AINAao - 5.60▼-0.40% 2W AINAib - 7.30▲0.05% 1M AINAao - 6.40●0.00% 1M AINAib - 8.50▲2.70%
SOCAR [ AZ2002019894 ] Alış: 1001.00 / Satış: 1022.00 Unibank KB ASC [ AZ2011002022 ] Alış: 10029.10 / Satış: 10119.76 AzFinance İnvestisiya Şirkəti QSC [ AZ2002019712 ] Alış: 924.14 / Satış: 970.34 BOKT "EMBAFİNANS" QSC [ AZ2008020607 ] Alış: 1022.90 / Satış: 1036.59 Holcim Azərbaycan ASC [ AZ1001018378 ] Alış: 20.00 / Satış: 21.00 Azərbaycan Beynəlxalq Bankı ASC [ AZ2001004582 ] Alış: 1000.00 / Satış: 1013.00 Cənubtikintiservis ASC [ AZ1001004691 ] Alış: 22.00 / Satış: 23.10 Bakı ixtisaslaşdırılmış mexanizasiya - 7 ASC [ AZ1001000848 ] Alış: 2.40 / Satış: 2.52 Bakı Tikinti materialları ASC [ AZ1001000863 ] Alış: 2.40 / Satış: 2.52 Bakıinşaatsənaye ASC [ AZ1001001564 ] Alış: 2.40 / Satış: 2.52 AZENCO ASC [ AZ1001008452 ] Alış: 2.60 / Satış: 2.73 Sumqayıt çörək ASC [ AZ1001017230 ] Alış: 2.40 / Satış: 2.52 Savalan ASC [ AZ1001012488 ] Alış: 2.70 / Satış: 2.83 EVRASCON ASC [ AZ1001000871 ] Alış: 20.00 / Satış: 21.00 Dərnəgülsənayetikinti ASC [ AZ1001000376 ] Alış: 2.60 / Satış: 2.73