Son illər Azərbaycanda xarici şirkətlərin sayı artsa da, bölgələrdə ən aktiv işləyən şirkət «TED İnternational Development» şirkətidir. Özünəməxsus təvazökarlıqla, səs-küysüz işləyən şirkət artıq ölkənin 4 rayonunda tütün sahələrinə və tütünqurutma zavodlarına malikdir.
Qarşıdakı dövrdə isə «TET International Development Co.Ltd.» kənd təsərrüfatına yatırımları genişləndirmək və Azərbaycandha tullantı kimi atılan meyvə-tərəvəzdən məhsul istehal edib Yaponiyaya satmaq niyyətindədir.
Bununla bağlı FED.az-ın suallarına «TED İnternational Development» MMC-nin rəhbəri Taro Savada cavab verib.
- Əvvəlcə şirkətiniz və özünüz barədə məlumat verərdiniz.
- Yaponiyanın «Tet International Development» şirkəti olaraq Azərbaycanda 3 ildir ki, fəaliyyət göstəririk. Məqsədimiz kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə tütünçülüyə dəstək verməkdir.
2 il bundan əvvəl kənd təsərrüfatı sekttoruna investisiya yatırıb 4 rayonda - Zaqatala, Oğuz Şəki və Tovuz rayonlarında 4 tütün qurutma zavodlarını açmışıq. Bu müddətdə Azərbaycana 12 milyon dollardan artıq investisiya yatırmışıq. Hal-hazırda fermerlərlə birlikdə 1776 işçimiz var. Bu mövsüm həmin rayonlarda 1052 hektar tütün əkmişik və 18 min ton yaşıl tütün yarpağı və 3 min ton quru tütün istehsal etməyi planlaşdırırıq.
«Dedim, başqasına işləməkdənsə, niyə də öz işimi qurmayım» - ŞƏMKİRLİ QADININ BİZNES HEKAYƏSİ
- Şirkətiniz başqa hansı fəaliyyətlə məşğuldur?
- Biz eyni zamanda Azərbaycanın müxtəlif məhsullarının Yaponiyada satışını təşkil edirik. Təbii ki, başda ABAD şirkətinin məhsulları olmaqla. Həm də Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüyük.
- Sizin «Gəncə İş adamları Birliyi»nin təqdimatında görmək maraqlıdır – bu bölgə ilə bağlı nə planlarınız var?
- Gəncə İş Adamları İB-nin açılış mərasiminə bizim gəlişimiz ABAD-ın rəhbəri Rüfət müəllim və Camiq müəllimin təşəbbüsü ilə oldu. Bura gəlməkdə məqsədimiz Gəncənin biznes imknaları ilə tanışlıq, eləcə də Gəncədə istehsal olunan məhsulları gələn il 2022-ci ildə Yaponiyada keçiriləcək ən böyük qida sərgisində sərgiləməkdən ibarətdir.
- Bəs bu bölgəyə investisiya qoymaq niyyətiniz varmı?
- Gəncə ilə bağlı plan və hədəfəmiz belədir ki, Gəncə və Şəmkir bölgələrində parniklərdə yetişdirilən, amma tullantı kimi atılan məhsullardan - hansı ki, fermerlər yetişdirirlər, amma sata bilmirlər və sonra atmalı olurlar – məhsul istehsal edək.
- Yəni tullantı kimi atılan meyvə tərəvəzlərdən məhsul istehsal etmək istəyirsiniz? Düz başa düşdüm?
- Bəli, ümumiyyətlə, bizim şirkətin fəaliyyət istiqamətlərindən biri də, kənd təsərrüfatı məhsullarından yarımfabrikat və fabrikat məhsullar istehsal edib onu ixrac etməkdir. Mən Azərbaycanda təbii meyvə və tərəvəzlərin atıldığını öz gözlərimlə görmüşdüm.
Qərara gəldim ki, həm bizim fəaliyyət göstərdiyimiz 4 rayonda, həm də Gəncə və ətraf rayonlarda məhsulların bu cür itkiyə getməməsi üçün onlardan yeni nəsə istehsal edib yapon bazarına çıxarmaq olar.
- Siz Azərbaycanda indiyədək fəaliyyət göstərdiyiniz dövrdə əsasən tütün istehsalına yatırım etmisiniz. Əlavə hansı sahələrə və rayonlara yatırım etmək fikriniz var? Azərbaycanda müəyyən dövr üçün investisiya hədəfiniz varmı?
- Əvvəla bildirim ki, 2024-cü ilə qədər biz tütünçülük sektoruna 30-40 milyon dollarına qədər investisiya yatırmaq istəyirik.
Azərbaycanın cənub hissəsindən başqa bütün bölgələrində olmuşam, Lənkəran, Masallı, Astarada olmamışam. Təbii ki, oraya da getməyi və həmin rayonlar da yatırım etməyi planlaşdırıram.
Bundan başqa, Gəncə və ətraf rayonlardan nar və digər yeni meyvərin Yaponiyaya ixracını planlaşdırıram. Yəni bizim planımızda bu da var.
- Azərbaycandakı fəaliyyətiniz dövründə dövlət tərəfindən sizə hər hansı dəstək olurmu?
- Biz yapon olaraq biz nə qədər investisiya gətirsək belə, əlimizdən heç nə gəlməyəcəkdi, təbii ki, dövlətin, fermerlərin, iş adamlarının bizə olan kifayət qədər dəstəyinə görə bu gün bu uğurlara sahibik. Bu əməkdaşlığı davam etdirib sizin məhsullarınızı Yaponiya bazarında tanıtdırmaq istəyirik.
- Hazırdla investorların əksəriyyəti azad olunan ərazilərdə biznes qurmaq istəyir. Sizin belə planınız və ya istəyiniz varmı?
- Azərbaycan hökumətinin bizə təhlükəsiz ərazilərdə yer verməsi palınlaşdırılır. Təbii ki, Qarabağ zonasında tütünçülük işləri ilı bağlı yatırım edəcəyik.
- Azərbaycan bölgədə az tapılan öz təbii balı ilə də məşhurdur. O sahəyə investisiya qoymaq, yaxud Yaponiyaya ixracı barədə plan varmı? Hazırda bu sahədə satış problemi yaşayırıq.
- Bildirmək istəyirəm ki, biz artıq Azərbaycan balını Yaponiyaya idxal edirik və orada sənədlərini təqdim edən iş adamlarının məhsulları Yaponiya bazarında satılır. Digər fermerlərin də öz balını Yaponiyaya idxal eləmək imkanı var, sadəcə Azərbaycan tərəfi həmin fermerlərə dəstək olub, Yaponiya bazarı üçün tələb olunan sənədi əldə etsələr məhsullarını ölkəmizə apara bilərik. Bu, dövlətin dəstəyindən asılıdır.
- Siz ancaq fermerlərlə işləyirsiniz? Çünki cənub zonasında nisbətən iri təsərrüfatlar var ki, onlar da ciddi şəkildə məhsul istehsaı edirlər. Sitrus meyvələr və s. Yəni bu formatı dəyişmək fikriniz var? Yoxsa ancaq fermerlərlə işləmək niyyətindəsiniz?
- Təbii ki, bizim birbaşa əməkdaşlığımız fermerlərlədir. Çünki onlara maddi dəstəyi bilavasitə əvəzsiz formada edirik. Bura maarifləndirmə işləri də aiddir. Xarici bazarların standartlarına uyğun olan məhsulların istehsal etmək üçün əlimizdən gələni edirik. Əgər dövlət də həmin fermerlərə az faizlə kreditlər versə, düşünürəm ki, daha yaxşı olar.