Son illər Azərbaycanda kənd təsərrüfatına maraq və bu sahəyə yatırılan vəsaitlərin həcmi kəskin artıb.
FED.az xəbər verir ki, aqrar sahəyə dövlət dəstəyi – xüsusilə də birdəfəlik və əkin subsidiyalarının verilməsi, müxtəlif kənd təsərrüfatı avadanlıqların satışında iri güzəştlərin tətbiqi yerli əhalini və investorları bu sahəyə diqqətini artırıb.
Bəs kənd təsərrüfatından, daha dəqiqi əkinçilikdən nə qədər vəsait əldə etmək mümkündür?