Rusiyanın şaurma satışı üzrə ixtisaslaşmış məşhur «Dyadya Dönər» («Dönər əmi») şirkəti maliyyə bazarına çıxaraq istiqraz buraxmaq niyyətindədir. FED.az xəbər verir ki, 60 milyon rubl həcmində buraxılacaq dönər istiqrazlarının nominal qiyməti 50 min rubl, illik faiz dərəcəsi 14% təşkil edəcək. İstiqrazlar 50 illiyə buraxılacaq, amma birjada cəmi 3 il dövriyyədə olacaq. Ümumilikdə şirkət 300 milyon rubl həcmində istiqraz buraxmaq niyyətindədir.
Eləcə də bax: Sosial ev alanlar üçün pullar hazırlanır – 80 MİLYON MANAT
Qeyd edək ki, «Dyadya Dönər»in küçədə yemək satışı məntəqələri Rusiyanın 13 ölkəsində fəaliyyət göstərir. Ümumilikdə şirkətin 100 ticarət nöqtəsi var. «Dyadya Dönər» franşiza ilə də işləyir, illik dövriyyəsi 45 milyon dollardır. Şirkətin menyusunun əsasını dönər və şaurmanın müxtəlif növləri təşkil edir.
Eləcə də bax: “METAK” istiqrazının gəlirliyi azaldı – AMMA İNDİ ZAMİNİ VAR
Dönər şirkəti də istiqraz buraxır – 50 İLLİYƏ
09:41
16 Aprel 2018