2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan 46 milyon 156,13 min dollar dəyərində 63 min 863,74 ton xurma ixrac olunub.
FED.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan xaricə 44 milyon 417,66 min dollar dəyərində 59 min 137,56 ton xurma ixrac olunmuşdu. Beləliklə, xurma ixracı dəyər ifadəsilə 1 milyon 738,47 min dollar (3,9%), miqdar ifadəsilə 4 min 726,18 ton dəfə (8%) artıb.
Bir ton xurmanın orta ixrac qiyməti 2022-ci ilin 10 ayında 751 dollar ikən, 2023-cü ilin 10 ayında 723 dollar olub. Bu göstərici də son bir ildə 28 dollar və ya 3,8% azalıb.