Azərbaycanda ilk dəfə sənaye üsulu ilə banan yetişdirilməsinə başlanılıb.
Azərbaycanın banan bazarı yenidən monopoliyaya qayıdır? – «TƏLƏB EDİRLƏR Kİ, İDXALI AZALDIN»
FED.az xəbər verir ki, AZERA Holdinqə daxil olan “Fruitland” şirkəti ilk dəfə olaraq istixana kompleksində və açıq sahələrdə banan yetişdirməyə başlayıb. Qeyd edək ki, şirkət digər meyvələr də yetişdirir və Zirədə yerləşən 30 hektarlıq təsərrüfatın illik gücü 5 min ton təşkil edir.
2024-cü ildə isə şirkət ilk dəfə olaraq istixana şəraitində banan istehsalına başlayıb. Yerli bananlar Xəzər rayonunda Zirə qəsəbəsi ərazisində yerləşən banan bağlarında yetişdirilib. Şirkət iddia edir ki, yerli banan istehsalında kimyəvi qatqı və əlavə preparatlardan istifadə edilmir.
Azərbaycan xaricdən bananı neçəyə alır? - QİYMƏTLƏR ARTIB - RƏQƏMLƏR
Şirkətin nümayəndəsi Elnur Abdullayev FED.az-a bildirib ki, layihəyə təqribən 1 il əvvəl, 2024-cü ilin yanvar- fevral aylarında başlanılıb və artıq ilk məhsul götürülüb. Şirkət qarşıdakı 3 ildə Azərbaycanda idxal olunan bananın 20- 30 faizini yerli bananla əvəz etmək niyyətindədir.
Hazırda «Fruitland» bananları «Bazarstore», «Rahat”, «Okean», «Xəzər», «Dəniz», «İdeal», «Oskar» marketlər şəbəkəsində və “Meyvəli” bazarında alıcılara təklif olunur. Kiloqramının qiyməti 2-3 manat arasındadır.