Yeni il təkcə yolka və bayram süfrəsi deyil, həm də çoxsaylı hədiyyələr dövrüdür. Yaxınlara dostlara, ailə üzvlərinə hədiyyələr yeni ilin ayrılmaz atributudur.
Alış-verişdə ən çox bonus verən market şəbəkələri – SİYAHI, BONUSLAR, MÜQAYİSƏ
Hansı bankın kartı ilə marketə getmək daha sərfəlidir? – KARTLAR, KEŞBƏKLƏR - SİYAHI
Yanacağı hansı bankın kartı ilə almaq daha sərfəlidir – BANKLAR, «CASHBACK»LAR - SİYAHI
Səyahəti hansı bankın kartı ilə etmək daha sərfəlidir? - KARTLAR, KƏŞBƏKLƏR - SİYAHI
Azərbaycanda ən çox kəşbək verən bank kartları – SİYAHI, KARTLAR, KƏŞBƏKLƏR - MÜQAYİSƏ
«Bolkart», «Kartmane», «NeoKart» - hansı daha sərfəlidir? – MÜQAYİSƏ
Alış-verişdə ən çox bonus verən market şəbəkələri – SİYAHI, BONUSLAR, MÜQAYİSƏ
FED.az xəbər verir ki, artıq uzun illərdir, ən populyar hədiyyə Airpods, PlayStation və ya başqa devays deyil, Yeni ilin ən populyar hədiyyələri sırasına hədiyyə kartları başçılıq edir.
Hər il bütün düynada, o cümlədən Amerika Birləşmiş Ştatlarında insanlar hədiyyə kartlarına milyardlarla dollar xərcləyirlər.
Kartlar o qədər populyardır ki, hədiyyə alanların illik büdcəsinin yarıdan çoxu – 55%-i məhz hədiyə kartlarına xərclənir.
Hədiyyə kartları əla hədiyyədir – ən tez tapılan və universaldır, hədiyyəni alan tərəf ən yaxşı variant üçün çox da baş sındırmır, hədiyyəni alan tərəfin seçimi olur, onu istədiyi kimi - istənilən mağaza və ya restoranda istifadə edə bilir. Amma müşahidələr göstərir ki, hədiyyə kartlarının bir hissəsi istifadə olunmur. Bəzən onu itirir, onların vaxtı keçir, bəzən isə sadəcə unudurlar.
Bəs belə olanda nə baş verir? Bu halda hədiyyədən yalnız bir tərəf qazanır – kartı satan şirkət.
Kartlar istifadə olunmayanda nə baş verir?
Araşdırmalar göstərir ki, hədiyyə kartı alanların əksəriyyəti onu dərhal istifadə edirlər – hədiyyə kartlarının 70%-i bağışlanandan sonra 6 ay ərzində istifadə edilir. Amma bundan sonra kartların istifadə sürəti azalır. İlin sonunadək kartların yalnız 80%-i istifadə edilir. Başqa sözlə, hədiyyə olunan kartların azı 10%-i, adətən isə 19%-i istifadəsiz qalır.
Bu kiçik faizlər sonda böyük məbləğlərə çevrilirlər, əgər nəzərə alsaq ki, son 10 ildə ABŞ-da 1 trilyon dollarlıq hədiyə kartları satılıb. Təkcə 2005-2015-ci illər ərzində 46 milyard dollarlıq hədiyyə kartı istifadə edilməyib.
Kartlardakı hədiyyə məbləğinin istifadə olunmamasının müxtəlif səbəbləri var. Birincisi, insanlar belə kartın olduğunu sadəcə unudurlar. İkincisi, bu kartları itirirlər, üçüncüsü, hədiyyəni alan tərəf bu kartı buraxan şirkəti sevmir, və ona görə də kartdan istifadə etmir. Dördüncüsü, bir bu kartdan istifadə olunan yerə – mağazaya, rektorana və sair, gedib çıxmaq mümkün olmur. Beşincisi, biz kartdan yarımçıq istifadə edirik, bu kartlardakı məbləğin bir hissəsi ilə nəsə alır, amma qalan məbləği unuduruq. Altıncısı, kartın istifadə müddəti bitir və ya karta bəzi məhdudiyyətlər qoyulur.
Yeri gəlmişkən, kartı buraxan şirkətlər ondan gec istifadə etməyə görə komissiya da tətbiq edə bilərlər, bu məbləğ 12 aydan sonra 2-5 dollar ətrafında ola bilər.
Belə çıxır ki, kartı buraxan tərəflər, məsələn «Starbucks» və ya «Walmart» bu pulları boşuna qazanmış olurlar?
Nə üçün pərakəndə şirkətlər hədiyyə kartlarını sevirlər?
Məsələn, nənə öz nəvəsinə «The Cheesecake Factory»dan 25 dollarlıq hədiyyə kartı alanda, 25 dollşar nağd pulu, gələcəkdə istifadə edəcəyi 25 dollarlıq mala dəyişmiş olur. İri şirkətlər, məsələn, «The Cheesecake Factory» bu vəziyyətdə ödəniş metodundan istifadə edirlər. Bu o deməkdir kİ, nənənin ödədiyi 25 dolları onlar o zaman gəlir hesab edirlər ki, bu məbləğ istifadə olunsun.
2009-cu ildə qəbul edilmiş qanuna əsasən, hədiyyə kartlarının əksəriyyəti 5 il ərzində istifadə oluna bilər, bəzi ştatlarda ümumiyyətlə vaxt məhdudiyyəti qoyulmayıb. Kartı buraxan şirkətlər onun istifadəsi üçün şəarit yaratmağa borcludurlar. Bununla yanaşı, qanun icazə verir ki, 6-24 aydan sonra şirkətlər istifadə olunmayan kartlardan gələn vəsaitləri gəlir kimi qəbul etsinlər və bunu əşyaların xarab olmasından dacxil olan gəlir kimi rəsmiləşdirsinlər.
Bu o deməkdir ki, hədiyyə kartlarındakı vəsaitdən heç vaxt istifadə olunmayacxaq, yəni bu pul şirkətin təmiz gəliridir.
Məsələn, yuxarıda adı çəkilən nənə sizə 25 dollarlıq hədiyyə kartı bağışlayıbsa, və siz ondan istifadə etməmisinizsə, bu o deməkdir ki, şirkət 25 dolları alıb, amma sizə əvəzində heç nə verməyib, yəni 100% qazancdadır. Burada söhbət 25 dollarlardan getmir, araşdırma göstərir ki, təkcə 2017-ci ildə 5 şirkət «əşyaların xarab olmasına» görə, 20 milyon dollardan çox gəlir əldə edib.
Kart sahiblərinin bu məbləğlərə nə ala biləcəklərini təsəvvür etmək üçün kiçik bir hesabalama:
Starbucks: $105 mln = 57 mln fincan kofe
Best Buy: $37 mln = 148 min Smart TV
Home Depot: $34 mln = 493 min kabelsiz drel.
Outback Steakhouse: $26 mln = 1,4 mln porsiya 350 qramlıq steyk
Dunkin’ Donuts: $22 mln = 22 mln ədəd ponçik
Hədiyyə kartlarının şirkətlər üçün nə qədər sərfəli olduğunu təsəvvür etmək üçün «Chipotle» şirkətinin hesabatına baxmaq kifayətdir. Şirkət iddia edir ki, onun hədiyyə kartlarının 4%-i heç vaxt istifadə edilmir. Yəni bu kartları almaq üçün ödənilən hər 25 dolların 1 dolları şirkətə müftə qalır.
ABŞ-da bəzi ştatlarda qanunlar var ki, hədiyyə kartlarından istifadlə olunmayan məbləğlər, ştatın özünə qalır. Amma hətta bu halda da şirkətlər kartlardan böyük gəlir götürürlər.
Maraqlıdır ki, bəzi şirkətlər iddia edir ki, müştərilərin hədiyyə kartlarını istifadə etməsi onlar üçün daha sərfəlidir. Səbəbi budur ki:
Hədiyyə kartı istifadə edənlərin 75%-i son nəticədə buradakından daha çox vəsait xərcləyirlər. Məsələn, 50 dollarlıq kartı olan adam 100 dollarlıq hədiyyə alır, yəni əlavə 50 dollar xərcləyir.
Ümumilikdə mağazaya hədiyyə kartları ilə gələn alıcılar burada kartın məbləğindən 59 dollar artıq pul xərcləyirlər.
Bundan başqa, araşırma göstərir ki, hədiyyə kartından istifadə edən müştərilər kredit kartından istifadə edən müştərilərlə müqayisədə malın dəyərini 2,5 dəfə artıq tam ödəyirlər.
Hədiyyə kartı alan müştərilərin 34%-i bildirir ki, hədiyyə kartları onları mağazaya getməyə vadar edir, əks halda onlar həmin mağazaya bəlkə də getməzdilər, digər tərəfdən hədiyyə kartlarının istifadəçiləri mağazaya bir dəfə deyil,bir neçə dəfə gedirlər - yəni, hədiyyə kartları yeni müştəri cəlb etmək üçün əlverişli üsuldur.
Amma iqtisadçıların fikrincə, yeni ildə hədiyyə etmək üçün hədiyyə kartlarından daha əlverişli variant var, bu – nağd puldur.
İqtisadçı, hazırda Minnesota universitetində Karlson Menecment məktəbində iqtisadiyyat professoru olan Coel Valdfoqel hələ 30 il bundan əvvəl – 1993-cü ildə «Milad bayramının itkiləri» məqaləsində Yell universitetinin tələbələrinə təklif etmişdi ki, onlara Yeni ildə verilmiş hədiyyələrin təqribi qiymətini səsləndirsinlər. Bu təcrübədə məlum olmuşdu ki, hədiyyə alanlar öz hədiyyələrini ona verilən məbləğdən 10-30% aşağı qiymətləndirirlər.
Əgər Valdfoqelin hesablamaları doğrudursa, belə çıxır ki, hazırda hədiyyələrə sərf edilən 730 milyard dolların 73-210 milyard dolları boşuna xərclənib. Yeri gəlmişkən, bu 730 milyard dolların 17-51 dolları kartlarla ödənilir.
Valdfoqelin fikrincə, bayramlarda ən qənaətli və rasional hədiyyə – nağd puldur. Bu ideyanın əleyhdarları hesab edir ki, zərfdə verilən pul, hədiyyənin fəlsəfəsinə uyğun gəlmir, hədiyyə şəxsi və simvolik məna daşımalıdır. Amma eyni sözləri hədiyyə kartları barədə də demək olar.
Bu məsələdə yaxşı xəbər odur ki, hazırda ABŞ-da çoxsaylı saytlar var ki, onların vasitəsilə hədiyyə kartlarını pula çevirmək olar. Bu saytlar hədiyyə kartının dəyərinin 60%-90%-ni ödəyirlər. Yəni dəyəri məsələn, 50 dollar olan hədiyyə kartını buraada bir neçə saniyəyə 40 dollar nağd pula çevirmək mümkündür. Üstəlik hədiyyə kartının sahibi məcburi çizkeyk yeməli, kofe içməli və ya steyk yeməliolmayacaq, pulu öz bildiyi kimi xərcləyə biləcək.