Debet kartları istifadəçilərinə təqdim etdikləri üstünlüklərlə diqqət çəkir. Bu üstünlüklərdən ən əsası kartlarla alış-veriş zamanı kəşbək qazandırmasıdır. Hansı kartın daha çox pul geri qaytaracağını müəyyən etmək pula qənaət və xərcləri planlaşdırmaq üçün vacibdir.
Bankların ən sərfəli kreditləri – ŞƏRTLƏR, SİYAHI (Mart, 2024)
FED.az ölkədəki əsas bank kartları və həmin kartlar vasitəsilə marketlərdə alış-veriş zamanı əldə edilən kəşbək göstəricilərini araşdırıb.
Araşdırma göstərir ki, müxtəlif banklar tərəfindən təqdim olunan kartlarla marketlərdə alış-veriş edən zaman 0,5 – 6 faiz aralığında «kəşbək» qazanmaq mümkündür.
Qeyd edək ki, hazırda davam edən kampaniya çərçivəsində Bank of Bakunun təqdim etdiyi Bolkart Debet kartı ilə Bravo marketlərində alış-veriş zamanı 7% «kəşbək» qazanmaq mümkündür.
Amma məsələ təkcə «kəşbək» faizində deyil, həm də onun məbləğ limitindədir. Bank kartlarının imkan verdiyi aylıq «kəşbək» limiti 50-300 manat arasında dəyişir.
Daha detallı cədvəldə:
Kartın məxsus olduğu bank |
Kartın adı |
Marketlərdə alış-veriş zamanı qazanılan kəşbək faizi |
Aylıq qazanılan maksimum kəşbək |
Azərbaycan Beynəlxalq Bankı |
TamKart VISA Classic Debet |
2,5% |
100 AZN |
Kapital Bank |
Birbank Cashback debet |
2% |
100 |
Yelo Bank |
Yelo Light |
2% |
200 AZN |
Xalq Bank |
XalqKart CASHBACK |
2% |
300 AZN |
Bank of Baku |
Bolkart Debet |
3%, fevralın 25-dən başlayan kampaniya üzrə "Bravo" marketlərdə - 7% |
100 AZN |
Rabitəbank |
Kartmane Debet |
Kartla ödəniş - 1%, “Apple Pay” / ”Google Pay”-3% |
200 AZN |
Azər-Türk Bank |
ATB card |
0,5% |
200 AZN |
Bank Respublika |
Visa Neo Standard |
5% |
300 AZN |
AccessBank |
myCard Standard |
3% |
50 AZN |
Unibank |
UCard |
6% |
90 AZN |
Expressbank |
Expresso Standard |
1% |
200 AZN |
Bank BTB |
Visa Rewards |
1% |
Limit yoxdur |
Paşa Bank |
Əmək haqqı kartları |
1% |
Limit yoxdur |
Ziraat Bank |
Bankkart Visa Platinum |
0,75% |
Limit yoxdur |